Accessibility links

ABŞ-ın BMT-dəki səfiri bu həftə qanunvericilərlə görüşəcək


ABŞ-ın BMT-dəki səfiri bu həftə qanunvericilərlə görüşüb, sentyabr ayında Liviyanın Benqazi şəhərində Amerika konsulluğuna qarşı hücumla bağlı bəyanatlarını müzakirə etməlidir.

Bağlı qapılar arxasında keçiriləcək görüşün mahiyyəti Suzan Raysın Amerikanın növbəti dövlət katibi vəzifəsinə təyin edilməsi ilə bağlıdır. ABŞ mətbuatı Raysın respublikaçı senatorlar Con Makkeyn, Lindsi Qraham və Kelli Atotte ilə görüşəcəyini yazır. Həmin bu 3 senator səfərin ABŞ-ın Liviyadakı səfiri Kriftofer Stevens və digər 3 amerikalının qətli ilə bağlı izahatlarının kəskin tənqidçisidir.

Hücumdan 5 gün sonra səfir Rays Amerikanın televiziya proqramlarına hücumun gözlənilmədən həyata keçirildiyini demiş, hücumun anti-islam filminə qarşı etiraz aksiyalarının bir hissəsi olduğunu bildirmişdi.

Lakin daha sonra ABŞ kəşfiyyatı Obama administrasiyasının hücumun planlaşdırılmış akt olduğunu bildiyini bəyan etmişdi.

Rays dediklərini müdafiə edərək, bəyanatlarının kəşfiyyat ekspertlərinin məlumatına əsaslandığını bildirir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG