Accessibility links

Ərəb baharını nəzərə alan Çin hökuməti ölkədə internetə nəzarəti gücləndirir


Son bir ildə dünya boyu sosial medialar xalq narazılıqlarının aktivləşməsində mühüm rol oynamasından sonra Çin liderləri internet və sosial medialara nəzarəti gücləndirmək üçün yeni planını açıqlayıb. Ancaq siyasi fəalların internetdən istifadəsinin sürətlə artımı və yeni texnologiyalara tez öyrəşməsi dövlətin nazərət səylərini çətinləşdirir.

Kor vəkil olan Çen Cuanqçenq 2006-cı ildə yerli ailə planlaşdırması rəsmiləri tərəfindən qadını aborta və sterilizəyə məcbur etməkdə ittiham olunandan sonra həbs edilmişdi. O, 2010-cu ildə həbsdə azad edilsə də, o vaxtdan bəri ev dustağıdır. Media və insan haqları qruplarının son məlumatlarına görə, o, qəddarcasına döyülüb.

Çinin hər bir tərəfindən çoxsaylı insan Çenin məsələsi barədə informasiyanı bloqlarda paylaşıb və ona öz dəstəklərini nümayiş etdirmək üçün onun yaşadığı kəndə səfər edib.

Çin rəsmiləri deyir ki, ölkədə internətə daxil olan 400 milyon insan var. İnformasiyaların Onlayn forumlar vasitəsilə yayılmağına baxmayaraq, analitiklər son bir neçə ildir deyir ki, internet Çin cəmiyyətində debatların və müzakirələrin müzakirəsini də müəyyən edir.

Çin rəsmilərinin artıq ani kommunikasiya ilə kütləvi etirazlar arasındakı bağlılıqdan narahat olduğu görünür. 2008-ci ildə Tibetdə, 2009-cu ildə isə regionda iki etnik xalq arasında baş verən qarşıdurmalardan sonra Sincanda irimiqyaslı internet və telefon kəsintiləri qeydə alınıb.

Çinin ali liderləri hazırda da Yaxın Şərqdə Ərəb Baharından çəkinərək sosial medialara və ani kommunikasiya vasitələrinə nəzarəti gücləndirməyə çalışır.

XS
SM
MD
LG