Accessibility links

Ərəb ölkələri İranı nüvə proqramı ilə bağlı müzakirələrə pozitiv cavab verməyə çağırıb


Ərəb ölkələri İranı nüvə proqramı ilə bağlı müzakirələrə pozitiv cavab verməyə çağırıb
Ərəb ölkələri İranı nüvə proqramı ilə bağlı müzakirələrə pozitiv cavab verməyə çağırıb

6 ərəb körfəz ölkəsi İranı nüvə proqramı ilə bağlı dünya qüdrətləri ilə müzakirələrə pozitiv cavab verməyə çağırıb. Cağırış Birləşmiş Ərəb Əmirliklərində keçirilən iki günlük sammitin sonunda edilib. Ərəb liderlərinin bəyanatında deyilir ki, münaqişə dinc yolla həll edilməli və Yaxın Şərq kütləvi qırğın silahlarından azad bir bölgə olmalıdır. Liderlər bundan əlavə İranı terrorçu qrupların maliyyələşdirilməsinin dayandırılmasına çağırıb. Ərəb liderlər həmçinin bildirib ki, mətbuatda cinayətkarlıqları təşviq edən məlumatların yayılmasına mane olunması üçün ölçülər götürülməlidir. Wikileaks ABŞ dövlət katibi Hillari Klintonun 2009-cu il dekabr ayında yazdığı məlumatı açılayıb. Sənəddə deyilir ki, dünyanın sünni terrorçu qruplarını maliyyələşdirən başlıca mənbə Səudiyyə Ərəbistanının donorlarıdır.

XS
SM
MD
LG