Ukraynanın Donetsk bölgəsində hökumət qüvvələri ilə rusiyapərəst separatistlər arasında döyüşlər bu gün də davam edib. Ukrayna ordusu 700-ə yaxın rus əsgərinin sərhədləri keçərək döyüşlərə qoşulduğunu bildirib. Ukraynanın silahlı qüvvələrinin rəhbərliyi Donetskin hava limanının tam nəzarətinin ələ keçirildiyini iddia edir. Lakin rəqib qüvvələrin komandiri Denis Puşilin hökumət əsgərlərinin hücumlarına müqavimət göstərildiyini və separatistlərin hava limanına nəzarət etdiyini bildirib.
Ukraynadan son görüntülər
1
Ukrayna prezidenti Petro Poroşenko, onun həyat yoldaşı Marina və baş nazir Arseniy Yatsnyuk (solda) Ukraynanın şərqindəki Volnovaxa şəhərində avtobusda həlak olanların rhuna şam yandırır
2
Ukrayna ordusu Donetskin Voroşilovski şəhərindəki binanı dağıdıb
3
Donetsk Xalq Respublikası-nın öldürülən əsgərinin qanı Kalininski xəstəxanasının morqu qarşısında
4
Ukrayna artilleriyasının Donetsk yaxınlığındakı hücumları