Accessibility links

Ukraynalı könüllülər yaşayış binalarını bərpa etməyə başlayırlar


Ukraynalı könüllülər yaşayış binalarını bərpa etməyə başlayırlar
please wait

No media source currently available

0:00 0:03:00 0:00

Ukraynalı könüllülər yaşayış binalarını bərpa etməyə başlayırlar

Ukrayna rəsmiləri rusların dağıtdığı hər şeyi bərpa etməyə söz veriblər. Ancaq bir çox sakin onları gözləmir.

“Hər şey dağılıb. Mənim oğlum onları artıq təmizləyib. Bəli, mən çox ağladım, çünki hər şey məhv olub,” İrpin sakini Lyudmila Voronina deyir.

Ukrayna rəsmiləri xəsarət alan bütün yaşayış binalarını bərpa etməyə söz verib və bunun üçün artıq bir milyard qrivna, yəni təxminən 34 milyon ABŞ dolları ayırıb.

“Hazırda bizdə bərpa işləri üçün 400 milyon qrivna var. Bu, insanların təmir olunan evlərinə geri dönmələrinə icazə vermək üçün yetərlidirmi? Xeyr, deyil, ” Kyivin qubernatorun Oleksiy Kuleba deyib.

Kyiv İqtisadiyyat Məktəbinin bildirdiyinə görə, Ukraynada xəsarət alan yaşayış binalarını bərpa etmək üçün 39 milyard dollardan çox pul tələb olunacaq.

Ancaq ölkədə bir çoxları gözləyə bilmədiklərini deyirlər və özləri artıq bərpa işlərinə başlayıblar. Dobrobat adlı könüllü yenidənqurma batalyonu onlara yardım edir.

“İnsanlar “mənim evini bərpa etməyə kim kömək edə bilər?” kimi mesajlar buraxırlar. Könüllülər bu mesajları Telegram kanallarında yayırlar və işi olmayan istəyən insan cavab verib, yardım edə bilər,” Dobrobat-ın həmtəsisçisi Viktor Andrusiv deyir.

Müraciətlər Dobrobatın vebsaytına yerləşdirilə bilər. Orada yardımlarını təklif edən könüllülər üçün xüsusi forma var.

Uzun illərdir inşaat işçisi olan Vadim Lavris Sumi bölgəsində xüsusi komanda yaradıb. İlk 26 saatda komandaya 30-dan çox könüllü qoşulub.

“Bizə cavan qadınlar da kömək edir. Onlardan birinin hardasa 21 yaşı var. Onun çəkisi heç 50 kiloqram deyil. Mən tez-tez ona “kərpicləri tək-tək daşı. Onlar sənin üçün ağırdır” deyirəm. Bizə yardım edən digər qadın sənaye mühəndisidir. Çox müxtəlif insanlar var, amma hamısı inanılmaz dərəcədə istedadlıdır,” o deyir.

İndiyədək 27 mindən çox insan yardım etmək üçün könüllü olub. Hazırda Dobrobat Kyiv, Çernihiv və Sumi bölgələrində fəaliyyət göstərir. Könüllülər həftədə beş gün komanda şəklində işləyirlər.

Könüllülər əsasən ya dağıntıları təmizləyirlər, ya da yaşayış binalarını bərpa edirlər.

“Bir insanın evinin damı zədələnibsə, bütün ev zədələnəcək, hər yer yağış suyu ilə dolacaq. Orada yaşamaq imkansız olacaq. Burda lazım olan şey oraya gedib, damı təmir etməkdir. Bunun ardınca ailə yenidən evində yaşaya bilər,” Dobrobat-ın həmtəsisçisi Viktor Andrusiv deyir.

Könüllü çatışmazlığı olmasa da, material və benzin çatışmazlığı var. Buna görə də, Dobrobat üzvləri daima sponsor və maliyyə axtarışındadırlar.

Banklar və IT şirkətləri də onlara yardım edir. Dobrobatın təsisçiləri bütün zədələnən binaların xəritəsini hazırlayırlar və hər layihə üçün sponsor axtarırlar.

“Dəyərləndirmə aparılandan sonra, bütün sənədlər və qısa təsvir vebsaytımıza yerləşdirilir ki, potensial sponsorlar görə bilsindlər. Sonra əlbəttə ki, son şəkilləri və bütün maliyyə hesablarını əlavə edirik,” Dobrobatın həmtəsisçisi Rotislav Smirnov deyir.

Dobrobatın təsisçiləri Ukraynanın Xarkiv və Mikolaiv bölgələrinə daha çox yenidənqurma batalyonları əlavə etməyi planlaşdırırlar.

XS
SM
MD
LG