Accessibility links

Avropa İttifaqına rekord inflyasiya gözlənilir, iqtisadi artım davam edir


Madridd meyvə-tərəvəz bazarı. 12 may, 2022.
Madridd meyvə-tərəvəz bazarı. 12 may, 2022.

Avropa İttifaqının statistika idarəsi, Eurostat, cümə günü inflyasiyanın iyul ayında rekord 8.9 faizə çatacağını, ümumilikdə isə Avrozona və Aİ iqtisadiyyatının 2022-ci ilin ilk rübündə artmağa davam etdiyini proqnozlaşdırıb.

Eurostat hesabatında bildirib ki, iyulda inflyasiyaya əsasən 39.7 faiz artımın müşahidə olunduğu enerji sektorundan qaynaqlanıb ki, iyun ayında həmin göstərici 42 faiz olub. Bundan əlavə ərzaq, alkoqol və tütün sektorunda qiymətlər 9.8 faiz artıb. Qeyri-enerji sənaye malları sektoru iyun ayında 4.3, iyul ayında isə 4.5 faiz artıb. Xidmət sektorunda da iyul ayında 3.7, ondan öncə iyunda isə 3.4 faizlik artım müşahidə olunub.

İnflasiya artıq aylardır 1997-ci ildə bəri ən yüksək səviyyədədir. Bu səbəblə də Avropa Mərkəzi Bankı ötən həftə son 11 ildə ilk dəfə faiz dərəclərini artırdı və sentyabrda yenidən artıracağına işarə etdi.

Bu arada isə Eurostat cümə günü həmçinin avrozonanın mövsümi düzəliş edilən ÜDM-nin ötən rüblə müqayisədə 0.7, bütöv Avropa İttifaqında isə 0.6 faiz artdığını bildirib. 2022-ci ilin ilk rübündə ÜDM avrozonada 0.5, Aİ boyunca isə 0.6 faiz artmışdı.

Bu müsbət göstəricilər Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada artımın durğun olduğu bir vaxta təsadüf edir. Fransada artım 0.5, İtaliya və İspaniyada isə müvafiq olaraq 1 və 1.1 faiz artım müşahidə olunub.

Eurostat bildirir ki, həm ÜDM-nin artımı, həm də inflasiya göstəriciləri natamam və yenidən nəzərədən keçirilməli olan məlumatlara əsaslanan ilkin proqnozlardır.

Associated Press regional iqtisadi analitiklərə istinadən xəbər verir ki, COVID-19 pandemiyasından sonra turizmdə canlanma iqtisadi artıma yardım edib. Ancaq təhlilçilər xəbərdarlıq edir ki, inflyasiya, artan faiz dərəcələri və pisləşən enerji böhranını regionu bu ilin sonunda tənəzzülə doğru aparacağı gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG