Accessibility links

Qırmızı Xaç təşkilatı təxliyyə karvanını Mariupol şəhərindən çıxarmağa çalışır


Qırmızı Xaç təşkilatı şənbə günü mühasirədə olan Mariupoldan karvandan mülki vətəndaşları evakuasiya etmək səylərini yeniləməyə çalışır. Bu arada isə Rusiya qüvvələri Ukraynanın cənub-şərqində yeni hücumlar həyata keçirmək üçün yenidən qruplaşır.

Rusiyanın beş həftədir davam edən hərbi müdaxiləsinin ilk günlərindən bəri mühasirə olunan Mariupol Ukrayanın cənub-şərqindəki Donbas bölgəsində Moskvanın əsas hədəflərinən biri olub. Ərzaq və su qıtlığının yaşandığı şəhərdə on minlərlə insan ilişib qalıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsi cümə günü mülki vətəndaşları çıxarmaq üçün şəhərə 54 Ukrayna avtobusu və başqa özəl maşınlardan ibarət karvan göndərib, amma onlar irəliləyə bilmədiklərini söyləyərək geri dönüblər.

Rusiya və Ukrayna müharibə zamanı mülki vətəndaşların evakuasiyası üçün müxtəlif humanitar dəhlizlər yaratmaq üzərində razılığa gəliblər və təxliyələr iflasa uğradığı zaman da bir-birini günahlandırıblar.

Mariupoldan çıxa və Rusiya xəttləri boyunca Zaporijye şəhərinə çata bilən insanlar yol boyunca rus əsgərlərinin onları yoxlayıb, aralarında Ukrayna döyüşçülərinin olub-olmadığın yoxladıqlarını deyirlər.

“Onlar məni lüt soyundurub, döymələrimin olub-olmadığını yoxladılar,” 32 yaşlı inşaatçı Dmitro Kartavov deyib və əlavə edib ki, əsgərlər kişilərin dizlərinə xüsusi diqqət yetiriblər. “Mən işləyirəm, təmir işləri görürəm və təbii ki, bunlar iş görən insanın dizləridir. Onlar isə mənə sən səngərlərə qalxıb, qazıntı aparmısan və sairə” dedilər.

Müharibə nəticəsində minlərlə insan ölüb, Ukrayna əhalisinin dörddə biri didərgin düşün, bir neçə şəhər dağılıb. 4.1 milyondan çox insan Ukraynadan qaçıb. Bu barədə Birləşmiş Millətlər Təşkilatı məlumat verib.

Rusiya fevralın 24-də hərbi müdaxiləyə başlayandan bəri böyük Ukrayna şəhərlərindən heç biri ələ keçirə bilməyən Rusiya deyir ki, artıq diqqətini 2014-cü ildən bəri separatçı qüvvələri dəstəklədiyi cənub-şərqə yönəldib.

“Heç bir illüziyaya qapılmayaq- cənubda, Mariupolda, Ukraynanı şərqində hələ çox ağır döyüşlər gedəcək,” Ukrayna prezidentinin müşaviri Oleksiy Arsetoviç şənbə günü milli televiziyada deyib.

Prezident Volodimir Zelenski səhər tezdən etdiyi video çıxışında deyib ki, Rusiya qüvvələri Donbasa doğru irəliləyib və Xarkiv şəhərini ağır şəkildə bombardman edib.

Rusiya Kyiv yaxınlığındakı qüvvələrini geri çəkməsini sülh danışıqlarında xoş niyyət jesti olaraq təsvir edib. Ukrayna və müttəfiqləri deyir ki, Rusiya qüvvələri ağır itkilərdən sonra yenidən qruplaşmağa məcbur olublar.

Ukraynanın cənub-mərkəzi Dnirpo regionunun qubernatoru Valentin Rezniçenko deyib ki, Rusiyanın atdığı raket şənbə günü bölgədəki dəmir yoluna dəyib və böyük ziyan vurub, nəticədə ərazidə qatarların hərəkəti dayandırılıb.

Ukrayna xəbər saytında və uzun müddətdir Reutersdə işləyən ukraynalı fotoqraf və videoqraf Maksim Levin müharibəni işıqlandırdığı zaman həlak olub. Onun cəsədi aprelin 1-də paytaxt Kyivin şimalında bir kənddə tapılıb. Bu barədə onun işlədiyi LB.ua saytı şənbə günü məlumat verib.

Rusiya Prezident Vladimir Putinin sözləri ilə Ukraynanı “demilitarizasiya və denazifikasiya” məqsədi daşıyan “xüsusi hərbi əməliyyat” zamanı mülki vətəndaşları hədəf aldığını inkar edir.

Ukrayna bunu səbəbsiz aqressiya müharibəsi adlandırır və Qərb ölkələri Rusiya iqtisadiyyatına zərbə endirmək məqsədilə genişmiqyaslı sanksiyalar tətbiq ediblər.

Papa Fransiz Vladimir Putini hərbi müdaxiləyə görə, demək olar ki, tənqid edib. O, Rusiya prezidentinin adını çəkməyib, ancaq deyib ki, “güc sahibi olan biri” millətçi maraqları üçün münaqişələri qızışdırır.

XS
SM
MD
LG