Accessibility links

Amerikalı yeniyetmə ABŞ komandasına ilk Olimpiya qızılını gətirib


Amerikalı yeniyetmə Cənubi Koreyada Pxençxanda Qış Olimpiya Oyunlarında ABŞ-ın Olimpiya yığmasına ilk qızıl medal qazandırıb.

17 yaşlı Red Jerard kişilər arasında snoubordinq idmanı üzrə yarışlarda Olimpiada debütünü edib.

“Ağlasızmaz bir şeydir. İndiyə qədər inana bilmirəm”, Jerard sensasiyalı qələbəsindən sonra Amerikanın Səsinə bildirib. “Mən bütün elementləri edib podiuma düşməyimə sevinirdim. İndi çox həyəcanlıyam”, o deyib.

Redmond Jerard
Redmond Jerard

Jerard bazar günü final cəhdində yarışmanın favoritləri olan kanadalı Maks Parro və Mark Makmorrisi üstələyə bilib. Parro gümüş, Makmorris isə dörd il əvvəl Soçi Olimpiadasında olduğu kimi ikinci dəfə bürünc medala layiq görülüb.

Kanadalıların onun qələbəsinə reaksiyası haqda sualın cavabında isə Jerard belə cavab verib: “Biz hamımız çox həyəcanlıyıq. Biz burada hamımız dostuq...hamımız uğurlu enmələrə görə birlikdə sevinirdik.”

Pxençxan-2018 Oyunlarında snoubordinq proqramı Soçidə debütünü etmiş “Sloupstayl” üzrə yarışlarla açılıb.

Bu növ üzrə yarışlarda tramplin, məhəccər və piramidalar kimi müxtəlif fiqurlar üzərindən tullanmaqla akrobatik məharət göstərərək, trassada üç element icra olunmalıdır.

Jerard bu növ üzrə yarışlarda ilk dəfə 2015-ci ildə Yeni Zelandiyada professional səviyyədə çıxış edib.

Red Jerardın bir unikal nailiyyəti də ondan ibarətdir ki, o, 2000-ci il yanvarın 1-dən sonra anadan olmuş ilk Olimpiya çempionudur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna prezidenti bildirib ki, vaxtı silaha çevirməlidirlər
please wait

No media source currently available

0:00 0:11:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Ukraynaya 31 Abrams tankı göndərəcək. Azərbaycanın dövlət büdcəsi.
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG