Accessibility links

Varşavada Rusiya səfirinə qırmızı boya atılıb


TASS xəbər verir ki, Varşavada Qırmızı Ordunun əsgərlərinin dəfn olunduğu qəbiristanlığa əklil qoyma mərasimi zamanı Rusiya səfiri Sergey Andreyevə qırmızı boya atılıb.

İnsidentin videoyazısına əsasən, qəbiristanlığa əllərində Ukrayna bayraqları ilə insanlar toplaşıb. Əlində çələng tutan səfirə bir neçə kisə qırmızı boya atılıb. Onlardan biri diplomatın üzünə dəyib. Boya diplomatın yanında dayanan insanların üzərinə də düşüb. RİA Novosti-nin müxbiri xəbər verir ki, bundan sonra səfir polisin müşayiəti ilə məkanı tərk edib.

"Rusiyanın Polşadakı səfirliyi Varşavada sovet əsgərlərinin xatirə qəbiristanlığında diplomatlara edilən hücumla bağlı rəsmi etiraz bildirəcək" - deyə, TASS yazır.

Ukrayna bayraqları olan insanlar "Faşistlər!" şüarı səsləndirib.

"Neonasizmin pərəstişkarları növbəti dəfə iç üzlərini açdılar - və o, qanlıdır. İkinci Dünya Müharibəsi qəhrəmanlarının abidələrinin sökülməsi, məzarların təhqir edilməsi, indi də müqəddəs gündə əklil qoyma mərasiminin pozulması aşkar olanı sübut edir - Qərb faşizmin reinkarnasiyası kursunu müəyyənləşdirib, lakin dediyim kimi, bizi qorxutmaq olmaz. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarova Telegram kanalında məlumat verib.

Bundan əvvəl Rusiyanın Polşadakı səfirliyi təhlükəsizlik məqsədilə qələbənin 77-ci ildönümü ilə bağlı anım tədbirlərinin sayını minimuma endirib və “Ölməz alay” yürüşünü ləğv edib.

XS
SM
MD
LG