Accessibility links

Azərbaycanda referendum keçirilir [Video]


Azərbaycanda referendum keçirilir
please wait

No media source currently available

0:00 0:05:24 0:00

Azərbaycanda referendum keçirilir

Konstitusiyaya çoxsaylı dəyişikliklər edilməsi səsverməyə çıxarılıb

Sentyabrın 26-da Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilir.

Referenduma konstitusiyaya prezidentlik müddətinin 7 ilədək artırılması, prezident iradəsinə bağlı vitse-prezidentlik institutunun yaradılması, prezident seçilmək üçün yaş həddinin aradan qaldırılması, prezidentə parlamenti buraxmaq və növbədənkənar seçkilər təyin etmək səlahiyyətinin verilməsi, mülkiyyət hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan dəyişkilklər edilməsi ilə bağlı məsələlər çıxarılıb.

Bakı vaxtı ilə saat 08.00-da başlayan səsvermə saat 19.00-da başa çatacaq.

Ölkədə 5 milyon 267 min 111 seçici var.

Referendumla əlaqədar "Yeni Azərbaycan", "Vətəndaş Cəmiyyəti" və "Bələdiyyə" təşviqat qrupu Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib.

Mərkəzi Seçki Komissiyası səsvermə prosesini 53 mindən artıq yerli müşahidəçi və 117 beynəlxalq müşahidəçinin izləyəcəyini bildirib.

"Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzi (Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə), Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (ABŞ-ın "AJF&Associates Inc." təşkilatı ilə birgə), "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "Rəy" Monitorinq Mərkəzi "exit-poll" keçirəcək.

Aparıcı müxalifət partiyaları referendumun nəticələrini tanımayacağını bəyan edib. Müsavat Partiyası təşviqat qrupunu Mərkəzi Seçki Komissiyasının qeydə almamasını “siyasi qərar” adlandırıb.

Avropa Şurası Venesiya Komissiyası (VK) ilkin rəyində referendum aktını tənqid edib.

"Təklif edilən düzəlişlərin bir çoxu prezidentə “görünməmiş” səlahiyyətlər verərək hakimiyyətin qolları arasında balansı pozur", komissiyyanın rəyində qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG