Accessibility links

“Refuge Coffee” - “Mühacir qəhvəsi” mühacirlərin həyatını yaxşılaşdırmağa çalışır [Video]


“Refuge Coffee” - “Mühacir qəhvəsi” mühacirlərin həyatını yaxşılaşdırmağa çalışır
please wait

No media source currently available

0:00 0:02:51 0:00

Dünyanın ən müxtəlif mədəniyyətləri olan Birləşmiş Ştatlardakı qeyri-hökumət şirkəti “Refuge Coffee” – “Mühacir qəhvəsi” nin səyləri bu ölkədəki mühacirlərin həyatını yaxşılaşdırmağa yönəlib. Corciya ştatının Klarkton şəhərindəki “Refuge Coffee” təkcə mühacirlərin bir araya gəldiyi yer deyil, burada onlara iş tapmaları və bu ölkəyə alışmalarına yardım edilir.

Müxtiəlifliyin əsl mahiyyətini özündə əks etdirən bu qəhvə mağazası Amerikaya yeni gələnlər üçün təhlükəsiz bir sığınacaqdır və mühacirlərə yeni icmada yeni bir həyat qurmağa yardım edir.

Qəhvəxananın təsisiçisi Kitti Mürrey buranın insanlara xoş münasibət bəslənilən bir yer olmasını istədiyini deyir. “İnsanların bir-riləri ilə əlaqə qurmaq istədiklərini düşünürəm və bunun üçün təhlükəsiz, yaxşı dadlar, yaxşı iyilər olan, rahat bir yer gərəkdir. Bəli, biz müxtəlif dinlərdən və ölkələrdən olan insanlarıq və bizim aramızda bir çox mədəni fərqlər var. Ancaq salamlamanın dəyəri elədir ki, bizi sınağa çəkmək əvəzinə, o, bizim münasibətlərimizi zənginləşdirir."

Belə bir şirkət açmaq ideyası təkcə bir qızmızı qəhvə maşını ilə başladı və Mürrey deyir ki, bu çox gözəl bir imkan idi. “Mən başqa mədəniyyətlər haqda çox şey öyrəndim və onlarda gözəlliklər çoxdur. Biz bu insanları tanımadığımız zaman onları qaçırırıq” deyə, Kitti Mürrey bildirir.

Əhməd Əlzükani “Refuge Coffee”də işləməyə 2015-ci ildən, Suriyadan Birləşmiş Ştatlara cəmi iki ay əvvəl gəldikdən sonra başlayıb. "Mən təcrübəli iş və inkişaf proqramlarındam keçdim və Bu proqramlar mənə bir çox şey öyrənməyimə və yeni sistemdə təcrübə qazanmağıma yardım etdi. Mən onlar üçün işləmə başladım, onlar isə mənə digərləri üçün təcrübə qazandırdı.”

Konqo Demokratik Respublikasından gələn Lion Şombana deyir ki, yardım etmək yeni amerikalılara cəsarət və ümid verir. “Mən özüm də bir qaçqın kimi bu ölkədə digərlərinə istər iş, istərsə də dil baxımında yardım etdiyim üçün çox xoşbəxtəm.”

Klarkstonu 60 dildə danışan 148 milləti təmsil edir və onların həyatlarının ayrılmaz bir hissəsi olan “Refuge Coffee” – “Mühacir qəhvəsi” öz hekayələrini paylaşmaq üçün dünyanın hər yerindən və bütün təbəqələrindən olan insanları bir araya gətirir və cəmiyyətin tərkib hissəsinə çevirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG