Accessibility links

Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində nazirlər konfransı keçiriləcək


Asiyanın Qəlbi-İstanbul Prosesi
Asiyanın Qəlbi-İstanbul Prosesi

Bakıda noyabrın 30-da və dekabrın 1-də “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində 7-ci nazirlər konfransı keçiriləcək. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Məlumata görə, 7-ci nazirlər konfransında “Asiyanın Qəlbi” - İstanbul Prosesində iştirak edən və bu prosesə dəstək verən ölkələr və beynəlxalq təşkilatlar iştirak edəcək. Nazirlər konfransından öncə 30 noyabrda yüksək səviyyəli rəsmilərin iclası keçiriləcək.

“Asiyanın Qəlbi” - İstanbul Prosesinin Hindistanın Amritsar şəhərində 4 dekabr 2016-cı ildə keçirilən nazirlər konfransında 2017-ci il üzrə Əfqanıstanla birlikdə həmsədr kimi növbəti nazirlər toplantısının Azərbaycanda keçirilməsi barədə ölkənin niyyəti təqdir edilib.

Azərbaycanın “Asiyanın Qəlbi” - İstanbul Prosesinə həmsədrliyi dövründə İstanbul Prosesi çərçivəsində yüksək səviyyəli rəsmilərin görüşü 17 mart 2017-ci il tarixində Bakıda təşkil olunub.

Mətbuat Xidməti bildirir ki, “Asiyanın Qəlbi” - İstanbul Prosesi regionda sabitlik, sülh və çiçəklənmənin təşviqi və Əfqanıstanın bütün region ilə bağlantısının genişləndirilməsi üçün siyasi dialoq və sıx regional əməkdaşlıq üçün vacib regional platformadır.

“Asiyanın Qəlbi” - İstanbul Prosesinə Əfqanıstan, Azərbaycan, Çin, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı Krallığı, Tacikistan, Türkiyə, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Millətlər Təşkilatı daxildir.

Azərbaycan 2012-ci ildə “Asiyanın Qəlbi” - İstanbul Prosesinə qoşulub.

XS
SM
MD
LG