Accessibility links

Reks Tillerson ABŞ-ın yeni dövlət katibidir


Reks Tillerson ABŞ Senatında təsdiq olunduqdan sonra Birləşmiş Ştatların yeni dövlət katibi kimi and içib.

Vitse-prezident Mayk Pens Ağ Evin Oval ofisində prezident Trampın iştirakı ilə Tillersonun andını qəbul edib.

Senatda Tillersonun səsverməsi zamanı yalnız üç demokrat və bir müstəqil qanunverici onu dəstəkləyən respublikaçılardan ibarət fraksiyaya qoşularaq ona səs verib. Səsvermə 56 lehinə və 43 əleyhinə ilə nəticələnib.

Hər iki partiyadan senatorlar ExxonMobil şirkətinin keçmiş icraçı direktorunun Rusiya prezidenti Vladimir Putinlə yaxın münasibətlərini ilə əlaqələrini həftələrlə müzakirə edərək, onun biznes maraqlarını bir tərəfə qoyaraq, Amerikanın baş diplomatı kimi xidmət göstərə biləcəyini müzakirə ediblər.

Bu arada, Senat respublikaçıların demokratların presendenti olmayan ləngimə taktikasınına müqavimət göstərə bildiyi şəraitdə Trampın kabinetinə irəli sürülmüş daha üç namizədi təsdiqləyib.

Senatın komitələrində prezidentin baş prokuror, maliyyə naziri, habelə səhiyyə və sosial xidmətlər departamentinin rəhbəri vəzifəsinə irəli sürdüyü namizədləri təsdiq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG