ABŞ dövlət katibi bu gün Latın Amerikasına 6 günlük səfərə başlayır. Reks Tillersonun böhran yaşanan Venesuelada demokratik islahatların tətbiqi məsələsini gündəmə gətirəcəyi gözlənilir.
Tillersonun səfərinə Meksika, Argentina, Peru, Kolumbiya və Yamayka daxildir. Səfər fevralın 7-də başa çatacaq.
Dövlət katibi ilk öncə Meksika prezidenti Enrike Pena Nieto ilə azad ticarət, qanunsuz mühacirət kimi məsələləri müzakirələr keçirəcək.
Dövlət Departamentinin rəsmisi ABŞ-ın bütün siyasi, diplomatik və iqtisadi vasitələrdən istifadə edərək, Venesueladakı vəziyyəti diqqətə çatdıracağını bildirib.
Venesuela artıq beşinci ildir ki, siyasi və iqtisadi böhran içərisindərir.
ABŞ-ın Maliyyə Nazirliyi o ölkənin yüksək rütbəli hərbi rəsmilərinə qarşı sanksiyalar tətbiq edib. Onllar korrupsiya, ərzaq, dərman qıtlığı və insan haqlarının pozulmasında ittiham edilir.
Avropa İttifaqı da Venesuelaya sanksiyalar tətbiq edib.
ABŞ Venesuela hakimiyyətini demokratik idarəçiliyi bərpa etməyə və azad seçkilər keçirməyə çağırır.
Bu ilin avqustunda Venesuelada “Konstitusiya assambleyası”na seçkilərdən sonra ölkədə vəziyyət daha da gərginləşib.
Bu yeni siyasi orqan ölkə konstitusiyasını dəyişmək üçün yaradılıb.
“Konstitusiya assambleyası” avqustun ortalarında müxalifətin çoxluq təşkil etdiyi parlamentin səlahiyyətlərini ləğv edib.
Əksər qərb ölkələri və beynəlxalq təşkilatlar Venesuela hakimiyyətini demokratiyanı boğmaqda günahlandırırlar.
Bu ilin aprelindən ölkədə etiraz aksiyaları keçirilir.
Bu müddət ərzində hərbçilər aksiyaçılar arasında baş verən toqquşmalarda 130 nəfərə yaxın adam ölüb.