Accessibility links

Reks Tillerson: Yeni strategiya Əfqanıstanda dəyişiklik yaradacaq [Video]


Reks Tillerson: Yeni strategiya Əfqanıstanda dəyişiklik yaradacaq
please wait

No media source currently available

0:00 0:02:24 0:00

Tillerson: Yeni strategiya Əfqanıstanda dəyişiklik yaradacaq

Prezident Donald Tramp yeni Əfqanıstan strategiyasını açıqladıqdan sonra dövlət katibi Reks Tillersonun güclü dəstəyini qazanıb. Onun sözlərinə görə, bu strategiya süni məlumatlara görə deyil, Əfqanıstanda real vəziyyətə əsasən hazırlanıb.

"Müharibə əfqan ordusu, hərbi və təhlükəsizlik qüvvələri tərəfindən məhdudlaşdırıla bilər. Ancaq inanırıq ki, biz keçən il bir yarım ərzində itirilən döyüşləri geri qaytara və ən azından vəziyyəti sabitləşdirə bilərik." - deyə reks tillerson bildirib.

Lakin Tillerson, bu yeni strategiyanın mütləq hərbi qələbə gətirə bilməyəcəyini bildirərək, Talibanı yenidən danışıqlar masasında əyləşməyə dəvət edib.

Reks Tillerson - ABŞ dövlət katibi.

"Məncə prezident bu barədə fikrini kifayət qədər açıq ifadə edib. Bütün bu təzyiqlərin məqsədi Talibana bildirməkdir ki, onlar bu döyüşdə qalib gəlməyəcəklər. Ola bilsin biz də qalib olmadıq amma onlar da olmayacaq."

Tillerson Əfqanıstandakı problemlərin yalnız Hindistan və Pakistan da daxil olmaqla bir regional yanaşma yolu ilə həll edilə bilməsi məsələsində Trampla razılaşır. Amma Pakistan da öz növbəsində terrorçularla olan münasibətlərini dəyişdirməlidir. Deyvid Sidney də daxil olmaqla bir çox təhlilçilər də bununla razılaşırlar.

Villiyam Qudfello isə bildirib ki, o ABŞ-ın Əfqanıstandakı siyasətində hər hansı böyük dəyişiklik baş verdiyini hesab etmir.

Müharibənin danışıqlar yolu ilə həll olunması münaqişə səbəbindən zəifləyən Əfqanıstan üçün arzuolunan nəticə olar.

XS
SM
MD
LG