Accessibility links

Reks Tillerson Türkiyə və Ukraynaya səfər edib [Video]


Reks Tillerson Türkiyə və Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:02:32 0:00

Reks Tillerson Türkiyə və Ukraynaya səfər edib

ABŞ Dövlət katibi Rex Tillerson bazar günü Türkiyədə olarkən Dünya Petrol Konqresində iştirak edib və burada ona ExxonMobile Korporasiyasının keçmiş rəhbəri olaraq mükafat təqdim edilib. Onun Türkiyəyə səfəri Ankaranın çevriliş cəhdinin birinci ildönümünə hazırlaşdığı vaxta təsadüf edib.

Tillerson çevriliş cəhdi gecəsində həyatını itirən 240 insanı şərəfləndirib. Lakin, cəhddən sonra şübhəliləri qarşı olan təzyiqlərlə bağlı heç bir münasibət bildirməyib. Türk hökuməti hadisədən sonra 100.000-dən çox adamı işdən çıxararaq, təxminən 40,000 nəfəri həbs edib.

Daha sonra Tillerson Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşüb. Bu görüş ABŞ Dövlət Departamentinin may ayında Vaşinqtonda Türkiyə səfirliyi qarşısında baş verən zorakılığı qınayan bəyanatın verilməsindən bir həftə sonraya təsadüf edib. Türkiyənin təhlükəsizlik əməkdaşları anti-Ərdoğan çıxışlar edən etirazçıları qarşı fiziki güc tətbiü etmişdilər. Bunun ardınca ABŞ polisi 12-si Türkiyə vətəndaşı olmaqla 16 şəxsin həbs olunması üçün qərar qəbul edib.

Tillerson Türkiyədən öncə Ukraynaya səfər edib və orada çıxış edərək Rusiyanı Ukraynaya qarşı təcavüzü dayandırmağa səsləyib.

ABŞ -ın yüksək səviyyəli diplomatının sözlərinə görə, Avropa Birliyi və ABŞ - ın sanksiyaları Moskvanın buna səbəb olan fəaliyyətlərindən əl çəkməyənə qədər davam edəcək. Tillersonun Kiyevə səfəri ABŞ prezidenti Donald Trump və Rusiya prezidenti Vladimir Putinin Almaniyanın Hamburq şəhərində keçirilmiş G-20 zirvə toplantısındakı ilk görüşündən iki gün sonraya təsadüf edib. Bu görüşün əsas mövzularından biri də Rusiyanın ABŞ prezident seçkilərinə müdaxiləsi olub.

Bununla yanaşı Tillerson kibertəhlükəsizliyin beynəlxalq əməkdaşlıq tələb edən mürəkkəb bir məsələ olduğunu söyləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG