Accessibility links

Reks Tillerson Yaxın Şərqə səfər edəcək


ABŞ dövlət katibi Reks Tillerson
ABŞ dövlət katibi Reks Tillerson

ABŞ Dövlət Katibi Reks Tillerson cümə günü Yaxın Şərqə səfər edərək Səudiyyə Ərəbistanı və İraq hökumətlərinin nümayəndələri ilə görüşdə iştirak edəcək.

Görüşün əsas məqsədi iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi yollarını araşdırmaqdır.

Koordinasiya Şurasının açılış toplantısı Riyadla Bağdad arasındakı əlaqələr mövzusunda olacaq.

İran bizim üçün həmişə böyük narahatlıq mənbəyidir, təkcə İraqda yox, bütün regionda.

Şuranın ilk toplantısı Riyadla Bağdad arasında istiləşən münasibətlər fonunda baş verir. Görüş həmçinin İranın regionda artan nüfuzunun qarşısını almaq səylərinin tərkib hissəsi kimi dəyərləndirlir.

"İran bizim üçün həmişə böyük narahatlıq mənbəyidir, təkcə İraqda yox, bütün regionda," deyə Dövlət Katibinin sözçüsü Heather Nauert bildirib.

Tillersonun Riyada səfəri növbəti yeddi gün ərzində Fars körfəzi və Cənubi Asiya bölgəsinə edəcəyi səfərin ilk dayanacağı olacaq.

Səudiyyə Ərəbistanı rəsmiləri İranı regionda təhlükə kimi görürlər.
Səudiyyə Ərəbistanı rəsmiləri İranı regionda təhlükə kimi görürlər.

Tillerson Hindistan, Pakistan və İsviçrəyə səyahət etməzdən öncə paytaxt Dohada Qatar liderləri və ABŞ hərbi rəsmiləri ilə birgə " terrorizmə qarşı mübarizə" və "regional, ikitərəfli məsələlər" haqqında müzakirələr aparacaq.

Dövlət Departamenti Tillersonun spesifik ölkələrə səfərlərin xüsusi tarixlərini açıqlamaqdan imtina edib.

XS
SM
MD
LG