Accessibility links

İren qasırğası ABŞ-ın şərq sahili boyunca irəliləyir (YENİLƏNİB)


İren qasırğası ABŞ-ın şərq sahili boyunca irəliləyir (YENİLƏNİB)
İren qasırğası ABŞ-ın şərq sahili boyunca irəliləyir (YENİLƏNİB)

Güclü küləklər və leysan yağışları ilə mşüaşiyə olunan İren qasırğası şənbə günü erkən ABŞ-ın şərq sahillərini vurub. Qasırğa gücünü qismən itirsə də milyonlarla adamı işıqsız qoya bilər.

Milli Qasırğa Mərkəzin küləklərinin sürəti saatda 140 kilometrə azalmış İren qasırğasını ən zəif qasırğalar kateqoriyasına şamil edib. Onlar metereoloqlar xəbərdarlıq edirlər ki, birinci dərəcəli qasırğa sıx məskunlaşmış paytaxt Vaşinqton istiqamətində saatda 24 kilometr sürətlə hərəkət edir.

Qasırğanın yetişdiyi Şimali Karolina ştatında rəsmilər daşqınlar, elektrik kəsintisi və tornadolar haqda məlumat verirlər.

ABŞ Milli Təhlükəsizlik Naziri Canet Napolitano sahilyanı ərazilərin sakinlərinə xəbərdarlıq edərək onları lazımi ölçülər götürməyə çağırıb.

İren qasırğasının vuracağı gözlənilən Nyu Yorkda ictimai nəqliyyat fəaliyyətini dayandırıb, aeroportlar bağlanıb və dənizə yaxın yerlərdə yaşayan on minlərlə adam məcburi evakuasiya olunub.

XS
SM
MD
LG