Accessibility links

Rene Zelviqer görünüşünün dəyişməsinin sirrini açıqlayıb


Martin Richards Oscars Chicago 03-23-2003 2222222222aaaaaaa
Martin Richards Oscars Chicago 03-23-2003 2222222222aaaaaaa

Rene Zelviqer bir daha diqqət mərkəzindədir.

Bridget Jones’ Baby filminin ulduzu ekrandan uzaqlaşmasının səbəbini açıqlayıb.

Rene təxminən altı il idi ki, Hollivuddan uzaqlaşmışdı və People jurnalına istinadən aktrisa hər kəsə bunun səbəbini aydın şəkildə açıqlayıb. Məlum olub ki, 25 il filmlərdə çəkildikdən sonra aktrisa istirahət etmək istəyib.

Zelviger deyib ki, “Mən obrazı tədqiq etməklə əlaqəsi olmayan nə isə öyrənmək istəyirdim. Mən Hollivudda film sənayesinin mənə təklif etdiklərindən kənarda bir şey öyrənmək istəyirdim. Həm də mənə bir az normallıq lazım idi.”

People jurnalı yazır ki, aktrisa yeni perespektivi olduğunu və fasilə zamanı kameranın arxasında zaman keçirdiyini bildirib.

Bundan başqa Rene Zelviger görünüşünün dəyişməsi barədə də açıqlama verib.

Aktrisa Daily Mail-ə görünüşünün dəyişməsinin necə baş verdiyini izah edib.

Sən demə aktrisanın yaxın yoldaşı ağır xəstə olub və o, Zelvigerlə birgə qırmızı xalının üzərinə çıxmasının ona xəstəliyinə güc gələ biləcəyi ümidini verdiyini deyib. Və Zelviger də onun sözünü yerə salmayıb, onunla mərasimə gəlib.

O an Zelvigerin fikrində bəzənmək, saçını rənglətmək və digər şeylər olmadığından, aktrisa mərasimə təbii görünüşdə gəlib. Buraya bir qədər də yaşlanmasını əlavə etsək, aktrisa tam fərqli bir insana bənzəyib. Və o zamandan bəri onun görünüşü dəyişib.

XS
SM
MD
LG