Accessibility links

ABŞ-ın dəstəklədiyi Suriya qrupu Rəqqada 96 İŞİD üzvünü əfv edib


Rəqqa Vətəndaş Şurası Suriya Demokratik Qüvvələri (SDQ) tərəfindən aprelin 18-də, İŞİD-in istinadgahı olan Rəqqaya qarşı hücumu başlatmadan bir neçə həftə öncə təsis edilib.

Çərşənbə günü ABŞ-ən dəstəklədiyi Rəqqa Vətəndaş Şurası İslam Dövləti qrupunun əsgəri olduğu iddia edilən 96 nəfəri əfv edib. Onlar bunun aşağı rütbəli İŞİD döyüşçülərinin terror qrupuna sədaqətdən imtina etməyə təşviq edilməsi məqsədi ilə edildiyini bildirir.

İŞİD elan etdiyi paytaxtından çıxarılandan sonra Rəqqaya nəzarət edəcəyi güman olunan şura azadlığa buraxılanlar arasında cinayət törətməyən və hərbi fəaliyyətlə məşğul olmayan yerli İŞİD üzvlərinin olduğunu bildirib.

“Biz icmamız arasında qüvvəni təşviq etmək və qruplar arasında dözümlülüyü bərpa etmək üçün bu qərarı verdik,” deyə şuranın başçısı İbrahim Əl-İssa Amerikanın Səsinə bildirib.

Əl-İssa deyib ki, əfv olunanların hamısı müxtəlif yaş kateqoriyalarına mənsub kişilərdir.

Rəqqa Vətəndaş Şurasının strukturu

Rəqqa Vətəndaş Şurası Suriya Demokratik Qüvvələri (SDQ) tərəfindən aprelin 18-də, İŞİD-in istinadgahı olan Rəqqaya qarşı hücumu başlatmadan bir neçə həftə öncə təsis edilib. Şura təxminən 120 üzvdən ibarətdir. Onların əksəriyyəti Rəqqanın ərəb tayfalarındandır, amma aralarında kürdlər və xristianlar da var.

ABŞ-ın başçılığı ilə İŞİD-ə qarşı mübarizə aparan koalisiya müvəqqəti şuranı didərgin düşmüş sakinlərə yardım etdiyinə görə alqışlayıb və ABŞ-ın dəstəklədiyi qüvvələrin Rəqqada əldə etdiyi irəliləyişləri qoruyub-saxlamaq üçün şuraya dəstək olmağa hazır olduğunu bildirib.

Şuranın amnistiya qərarı Suriya Demokratik Qüvvələrin ABŞ-ın başçılıq etdiyi koalisiya hücumlarının yardımı ilə İŞİD döyüşçülərinə qarşı böyük irəliləyişlər əldə etməsindən sonraya təsadüf edir.

Şura üzvləri Amerikanın Səsinə bildirib ki, əfv olunan İŞİDçilər hücumun erkən mərhələrində Suriya Demokratik Qüvvələrinə təslim olublar.

Rəqqada yeni başlanğıc

Ailələrinə qovuşmağa icazə verilmədən öndə, kişilər şura binasının önündə toplaşıb. Şura üzvləri isə oradakı kütləyə İŞİD-dən sonra Rəqqada yeni başlanğıc üçün yaranan şans barədə danışıb.

Əfv olunanlar İŞİD-ə sədaqətlərini bildirməyə məcbur edildiklərini söyləyərək, qrupu pisləyib və ələ keçiriləndən sonra şəhərin bərpasına yardım edəcəklərinə söz verib.

“Bu gənc kişilər qrupun qəddar nəzarəti və ya aclıq səbəbilə İŞİD-ə qoşulublar,” deyə əfv olunan Rəşid Əhməd bildirib. “Mən şəriə oxumaq üçün İŞİD-ə qoşulmağa məcbur edilmişdim.”

Əhməd deyir ki, o, ötən ay İŞİD militantları üçün döyüşməkdən imtina edəndən sonra Suriya Demokratik Qüvvələrinə təslim olub. “Mən SDQ-ki dostlar tərəfindən 15 gün həbsdə saxlandım,” deyə o bildirib.

Bu ilk dəfə deyil ki, Rəqqa Vətəndaş Şurası cihadçı qrupun üzvlərinə amnistiya verir. İyun ayında şura buna bənzər olaraq, 83 nəfəri əfv edib. Əfv olunanlardan ən gənci 14 yaşında idi.

Vaşinqtonda yerləşən Yaxın Şərq İnstitutunun Suriya üzrə eksperti İbrahim Əl-Əssil deyir ki, İŞİD üzvlərini əfv etməklə şura SDQ Rəqqanın daha izdihamlı yerlərinə daxil olduğu bir vaxt yerli sakinlərin rəğbətini qazanmağa çalışır.

“İŞİD-ə qarşı mübarizədə qalib gəlmək üçün Suriya Demokratik Qüvvələri vətəndaşların etibarını qazanmalıdır”, deyə Əl-Əssil Amerikanın Səsinə bildirib.

İŞİD sakinləri ABŞ-ın dəstəklədiyi qüvvələrin vətəndaşlardan qisas alacaqlarını deyərək, Rəqqa sakinlərinin dəstəyini qoruyub saxlamağa çalışırdı.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG