Accessibility links

Rəşadət Axundov həbsdə saxlanıldı


Rəşadət Axundov, N!DA Vətəndaş Hərəkatı
Rəşadət Axundov, N!DA Vətəndaş Hərəkatı

Məhkəmə onun həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi şikayətini təmin etməyib

Aprelin 17-də Bakının Nəsimi rayon məhkəməsi Elnur Əhmədovun sədrliyi ilə həbsdə olan NİDA üzvü Rəşadət Axundovun qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqqında şikayətini təmin etməyib.

Vəkil Namiq Hacıyevin Turana bildirib ki, hakim məhkəmənin istintaq müddətinə fəalın həbs edilməsi haqqında qərarı qüvvədə saxlayıb.

Məhkəməyə gətirilmiş Rəşadət Axundov qeyd edib ki, onun həbsdə saxlanması üçün heç bir əsas yoxdur, həbs isə siyasi motiv daşıyır.

Axundov NİDA vətəndaş hərəkatının uydurma partlayıcı maddələrdən istifadə ilə iğtişaş təşkil etmək və narkotik saxlamaq ittihamı ilə həbs edilmiş 7 üzvündən biridir.

Onlar martın 10-da Bakının mərkəzində gənclərin əsgər ölümlərinə qarşı etiraz aksiyasından əvvəl və sonra həbs ediliblər.

Amnesty İnternational fəalları vicdan məhbusu kimi tanıyıb və dərhal həbsdən azad edilmələrini tələb edib.
XS
SM
MD
LG