Accessibility links

Gürcüstanın baş naziri ictimaiyyəti Əfqan Muxtalının işi üzrə vaxtından əvvəl nəticə çıxarmamağa çağırıb


Georgi Kvirikaşvili
Georgi Kvirikaşvili

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ictimaiyyəti azərbaycanlı jurnalist Əfqan Muxtarlının Tbilisidə oğurlanması işi üzrə vaxtından əvvəl nəticələr çıxarmaqdan çəkinməyə çağırıb, Gürcüstan onlayn məlumat verir.

Ə.Muxtarlının vəkillərinin bəyanatına görə, o, mayın 29-da Tbilisinin mərkəzində evin yaxınlığında naməlum şəxslər tərəfindən oğurlanıb və Bakıya aparılıb. Hakimiyyət onu sərhəddi qanunsuz keçməkdə, qaçaqmalçılıqda və sərhəd polisinin əməkdaşına müqavimət göstərməkdə ittiham edib.
Əfqan Muxtarlının xanımı və onun vəkilləri hesab edirlər ki, Gürcüstan hökuməti müxalifətçi jurnalistin oğurlanmasında Azərbaycana kömək edib.

"Dövlət təhlükəsizliyinin təminatı üzrə fəaliyyət göstərən institutların gözdən salınması yolverilməzdir. Daxili işlər naziri bəyanat verib, bizim azərbaycanlı həmkarlarımız ilə əlaqələrimiz var və mən istintaq başa çatana qədər vaxtından əvvəl nəticələr çıxarmaqdan çəkinməyə çağırıram.
Əgər dövlət institutlarına etimadın azalmasına xidmət edəcəyiksə o zaman ölkənin təhlükəsizliyini real olaraq müdafiə etmək çox çətin olacaq", - G.Kvirikaşvili hökumətin bugünkü iclasında bildirib. O, Gürcüstan xüsusi xidmətinin jurnalistin oğurlanmasına bağlılığını istisna edib və ən qısa zamanda hadisənin baş vermə şəraitinin aydınlaşdırılmasına çağırıb.


"Mən hüquq-mühafizə orqanlarını ən qısa zamanda bu məsələnin araşdırılması üçün mümkün olan hər şeyi etməyə çağırıram ki, bizim ölkədə insan hüquqlarının müdafiəsilə bağlı heç kimdə şübhə olmasın. Bu, yolverilməzdir. Mən, əlbəttə, dövlət qurumlarının bu cür hadisəyə cəlb olunmasını istisna edirəm. İstintaq gedir, nəticələri gözləyəcəyik", - o vurğulayıb.

Bu gün Gürcüstanın daxili işlər naziri də rəsmi bəyanatla çıxış edərək hüquq-mühafizə orqanlarının azərbaycanlı jurnalistin oğurlanmasında əli olmasını istisna edib.

XS
SM
MD
LG