Accessibility links

Türkmənistan prezidenti Azərbaycana səfər edəcək


Qurbanqulu Berdımühəmmədov
Qurbanqulu Berdımühəmmədov

Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov avqustun 8-9-da Azərbaycanda rəsmi səfərdə olacaq.

Türkmənistanın TDH Dövlət İnformasiya Agentliyinin məlumatına görə, səfərlə bağlı məsələlər avqustun 4-də hökumətin iclasında müzakirə edilib.

Baş nazirin müavini, xarici işlər naziri Rəşid Meredov bildirib ki, Türkmənistan və Azərbaycan 1992-ci ilin iyununda diplomatik münasibətlər qurduqdan sonra siyasi, ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə konstruktiv əməkdaşlığı inkişaf etdirir.

Hazırda dövlətlərarası tərəfdaşlığın normativ-müqavilə bazası 52 ikitərəfli sənədi əhatə edir.

2007-2017-ci illərdə Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə 4 qarşılıqlı səfər həyata keçirilib, iqtisadi əməkdaşlıq üzrə Türkmənistan-Azərbaycan komissiyası yaradılıb. Bu günədək komissiyanın dörd iclası keçirilib.

"Qarşıda gözlənilən danışıqların yekunlarına əsasən ikitərəfli sənədlər paketinin imzalanması nəzərdə tutulur. Bu, prioritet istiqamətlərdə qarşılıqlı faydalı tərəfdaşlığın inkişafına yönəlib", məlumatda deyilir.

Ekspertlər hesab edir ki, danışıqlarda prioritet energetika və nəqliyyat dəhlizi sahəsində əməkdaşlıq məsələləri olacaq.

“Ilk növbədə, bu, Türkmənistan neft və qazının Azərbaycan ərazisi ilə artıq mövcud neft-qaz kəmərlərilə Avropaya nəqli məsələsidir.

Bundan əlavə, bu, Transxəzər qaz kəmərinin tikintisi layihəsidir və onun "Cənub" qaz dəhlizinə daxil edilməsidir.

Nəhayət, Xəzərdə "mübahisəli" yataqların işlənməsi məsələsi və dənizin dibinin iki ölkə arasında bölünməsi ilə bağlı problemin həllidir”, deyə Turan agentliyi yazır.

XS
SM
MD
LG