Accessibility links

İlham Əliyev Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının icraçı direktoru ilə görüşüb


İlham Əliyev və Malkolm Honlayn
İlham Əliyev və Malkolm Honlayn

Prezident İlham Əliyev dekabrın 20-də Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının icraçı direktoru Malkolm Honlaynla görüşüb.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, söhbət zamanı Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının sülh və firavanlıq şəraitində yaşaması üçün hər cür şəraitin yaradıldığı, ölkədə bərqərar olan multikulturalizm mühitinin bir nümunə olduğu qeyd edilib, Bakının artıq beynəlxalq miqyaslı mötəbər tədbirlərin keçirildiyi bir məkana çevrildiyi vurğulanıb.

Görüşdə eyni zamanda, Azərbaycan-ABŞ münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub.

XS
SM
MD
LG