Accessibility links

Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı 60 faiz artıb


Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı 60 faiz artıb. Hələ sovetlər vaxtından Rusiya istehlakçıları Azərbaycandan keyfiyyətli kənd təsərrüfatı məhsulları alır. Rusiya Azərbaycanın kənd təsərrüfatı məhsulları istehsal edən daha 14 müəssisəsinin Rusiya bazarlarına çıxması barədə qərar qəbul edib. Bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin prezident İlham Əliyevlə görüşündə bildirib.

Prezident Əliyev Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması ilə bağlı əlavə tədbirlərin görülməsinin vacibliyini qeyd edib,

Dövlət başçısı Maksim Oreşkinin səfərinin iki ölkə arasında ixrac və idxal imkanlarının genişlənməsi məsələsinin nəzərdən keçirilməsi üçün yaxşı imkan yaratdığını deyib.

Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin hər iki ölkə üçün əhəmiyyəti vurğulanıb, ticarət əlaqələrində dinamik artımın olduğu qeyd edilib, qarşılıqlı investisiya, turizm, tranzit daşımaları sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

XS
SM
MD
LG