Accessibility links

Azərbaycan və Gürcüstan polisi İrandan narkotrafikə qarşı mübarizə aparacaq


Daxili İşlər Nazirliyi

Azərbaycan və Gürcüstan İrandan narkotrafikə qarşı birgə mübarizə aparmaq niyyətindədir. Bu barədə avqustun 30-da Gürcüstan daxili işlər naziri Georgi Qaxariya Bakıda Azərbaycan daxili işlər naziri Ramil Usubovla görüşündə bildirib

Onun sözlərinə görə, tərəflər İrandan heroin trafikinə qarşı birgə mübarizə aparmağı planlaşdırır.

"Bu, çox ciddi çağırışdır və düşünürəm ki, burada çıxış yolu ancaq transsərhəd əməkdaşlıqdadır. Başqa cür ayrı-ayrı dövlətlərin belə tranzitə qarşı effektiv mübarizə aparması çox çətin olacaq", mətbuat xidməti G.Qaxariyadan sitat gətirib.

Görüşdə həmçinin sərhəd nəzarətinin gücləndirilməsi, terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, insan alveri, qanunsuz miqrasiyaya qarşı mübarizə, regional təhlükəsizlik və turist axınının təhlükəsizliyi məsələləri müzakirə olunub.

XS
SM
MD
LG