Accessibility links

Dövlət katibinin köməkçisinin baş müavini Bakıda səfərdədir


ABŞ Dövlət Katibinin Iqtisadi və Biznes Məsələləri üzrə Köməkçisinin baş müavini Brayan MakFiters sentyabrın 7-də Azərbaycana səfər edib. O, Bakıda keçirilən Rəqabətlik Forumunun işinə qatılıb və Azərbaycan hökumətinin yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirib. Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin press-relizində deyilir.

Məlumatda bildirilir ki, cənab MakFitersin sözügedən forumda iştirakı ABŞ və Azərbaycan ikitərəfli iqtisadi əməkdaşlığını nümayiş etdirərək ABŞ-da istehsal olunan malların ixracına təkan verir.

“Bununla yanaşı səfər Azərbaycanın investisiya mühitinin təkmilləşdirilməsinə və xarici investorların cəlb edilməsinə yardım göstərir”.

Forumdan əvvəl cənab MakFiters müvəqqəti işlər vəkili Vilyam Gil ilə birgə iqtisadi islahatlar və biznes mühitinin müzakirəsi məqsədilə Azərbaycanda fəaliyyət göstərən Amerika Ticarət Palatasının nümayəndələri ilə görüşüb.

MakFiters və müvəqqəti işlər vəkili Gill ikitərəfli əməkdaşlıq sahələrinin müzakirəsi məqsədilə Azərbaycanın vergilər, iqtisadiyyat nazirləri və xarici işlər nazirinin müavini ilə görüşlər keçirib.

XS
SM
MD
LG