Accessibility links

Nəqliyyat vasitələri 20 gün müddətində texniki baxışdan keçirilməlidir


Nəqliyyat vasitələrinin texniki baxışı üçün nəzərdə tutulan müddət məhdudiyyəti aradan qaldırlıb.

Bu barədə baş nazir Novruz Məmmədov oktyabrın 18-də “Nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında nümunəvi Əsasnamənin, Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri haqqında nümunəvi Əsasnamənin və Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə” qərara imzaladığı dəyişiklikdə deyilir.(https://cabmin.gov.az/az/document/3110/)

Bu il oktyabrın 18-dək mövcud olan əsasnamənin tələblərinə görə, mexaniki nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi ardıcıllığı belə idi:

- “VAZ” , “Qaz”, “Moskviç”, “ZAZ”, “UAZ” və digər MDB istehsalı olan minik avtomobilləri üçün: 1 yanvardan 1 maya qədər;

- Xarici dövlətlərdə və onların baza modelləri əsasında MDB-də istehsal olunan minik avtomobilləri üçün: 1 maydan 1 avqusta qədər;

- Yük avtomobilləri və avtobuslar üçün: 1 sentyabrdan 31 oktyabra qədər.

Nazirlər Kabimetinin yeni qərarı ilə bu müddətlər ləğv edilib. Yeni qaydaya görə, bütün nəqliyyat vasitələri əvvəlki tarixdə texniki baxışdan keçdiyi vaxtdan növbəti müddətdə 20 gün ərzində texniki baxışdan keçirilməlidir. Nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olacaq. Belə ki, 20 gün müddətində nəqliyyat vasitəsi texnili baxışdan keçməyən sürücülər İnzibati Xətalar Məcəlləsinin 339.1-1. (Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmə) maddəsi ilə müəyyən edilmiş 50 manat məbləğində cərimə ödəməli olacaqlar.

“Yol hərəkəti haqqında” qanununa görə, traktorlar, meşə və kənd təsərrüfatında istifadə edilən mexaniki nəqliyyat vasitələri, hüquqi və fiziki şəxslərin yarış məqsədli idman nəqliyyat vasitələri, avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələri, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələri – ildə bir dəfə;

Fiziki şəxslərin istifadəsində olan avtomobillər, - istehsal olunduqları vaxtdan dörd il keçdikdə iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə ildə bir dəfə texniki baxışdan keçməlidir.

Yeni dəyişkiliyə görə, Azərbaycanda daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq bütün mexaniki nəqliyyat vasitələrinin və qoşqularının (yarımqoşqularının) dövlət texniki baxışı barədə talon elektron qaydada veriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG