Accessibility links

Rəsmilər: Tramp Venesuelaya hərbi müdaxilə təklif edib


Ötən ilin avqust ayında Ağ Evdə keçirilən görüş zamanı Venesuelaya qarşı sanksiyaların təbiqi gündəmdə dururdu. O zaman prezident Tramp yardımçılarına gözlənilməz sualla müraciət etdi. ABŞ dövlət başçısı regional təhlükəsizliyə hədə yaradan Venesuelanın işğalına aid sual verdi: Axı niyə ABŞ bu başıbəlalı öləyə müdaxilə etmir?

Təklif müzakirə iştirakçılarını təəccübləndirmişdi. Onlar arasında administrasiyanı tərk edən dövlət katibi Reks Tillerson və milli təhlükəsizlik müşaviri H.R. Makmaster də var idi.

Bu qapalı müzakirə barədə adının açıqlanmasını istəməyən ABŞ rəsmisi məlumat yayıb.

Sabiq milli təhlükəsizlik müşaviri H.R. McMaster
Sabiq milli təhlükəsizlik müşaviri H.R. McMaster

Trampın təklifindən sonrakı 5 dəqiqə ərzində Makmaster və digərləri hərbi əməliyyatların Latın Amerikası ölkələrinin etirazı ilə qarşılanacağını və Venesuela prezidenti Nikolas Maduronun diktatorluğuna təsir göstərmələrinə maneə törədəcəyi barədə xəbərdarlıq verib.

Trampın bellikoz ritorikası Nikolas Maduroya ölkəsinin üzləşdiyi dərin ərzaq qıtlığı və hiperinflyasiya problemlərindən qısa müddətə də olsa yayınmağa imkan yaratdı.

Rəsmi müzakirələrin həssas mahiyyətli olduğu üçün açıqlanmadığını deyib.

Lakin Tramp israr edərək, 1980-ci illərdə Panama və Qrenadanın zəbt olunmalarını nümunə göstərib.

Yardımçılarının bu ideya əleyhinə olmasına baxmayaraq, Tramp bu fikri beynində saxlaya bilər.

ABŞ rəsmisi Trampın bu təklifi açıqlanmamasını xahiş etdiyini və aparatının ondan bunu söyləməməsini istədiyini deyib.

Prezident görüş iştirakçılarının hər birindən hərbi müdaxilə ideyasına dair fikirlərini bölüşməsini istəyib. Onların hamısı bu ideyanın əleyhinə olduqlarını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-da prezident seçkiləri günüdür
please wait

No media source currently available

0:00 0:14:10 0:00
XS
SM
MD
LG