Accessibility links

Daha bir Respublikaçı senator Tramp administrasiyasını tənqid etdi [Video]


Daha bir respublikaçı senator Tramp administrasiyasını tənqid etdi
please wait

No media source currently available

0:00 0:02:25 0:00

Arizonanı təmsil edən senator Ceff Fleyk Tramp administrasiyasının tənqid edən sonuncu Respublikaçı qanunvericidir. Fleyk də Tennesi senatoru Bob Korker kimi 2018-cı il seçkilərində iştirak etməyəcəyini elan etdi.

Çərşənbə günü nitqi zamanı senator Fleyk ABŞ siyasətinin “yeni normalarını” tənqid etdi və buna qarşı çıxmaq lazım olduğunu bildirdi.

“Biz susduqca Amerikanı qüdrətli edən qaydalar və dəyərlər əhəmiyyətsizləşdirilir. Uzun müddət ərzində dünyanı sabit saxlayan tərəfdaşlıqlar və razılaşmalar təhlükə altına atılır. Bu hamısı bir şəxsin 140 işarəlik mesajı vasitəsilə edilir. Bu cür davranışa qarşı yalnız sözlə cavab vermək və heç bir addım atmamaq fikrimcə yanlış qəbul edilmiş bir yanaşmadır.”

Biz susduqca Amerikanı qüdrətli edən qaydalar və dəyərlər əhəmiyyətsizləşdirilir.

Fleykdən öncə Tennesi ştatının təmsilçisi, Respublikaçı senator Bob Korker demişdi ki, o ümid edir ki, Tramp xalqı bölmək əvəzinə, irəli aparmağa başlayacaq. Müxbirlərin sualına senator, prezident Trampın uşaqlar üçün yaxşı nümunə ola biləcəyini düşünmədiyini demişdi.

“Davamlı olaraq həqiqət olmayanları demək, yalnız ad hallandırmaq kimi şeylər qəbuledilməzdir və o, tarixdə bu hərəkətləri ilə yadda qalacaq.”

Ağ Ev bu tənqidlərə cavabında gecikmədi. Sözçü Trampın siyasətini müdafiə edərək, iki senatorun yenidən seçilmələri üçün öz ştatlarında dəstəyə sahib olmadıqlarını bildirdi.

“Mən əminliklə düşünürəm ki, tarix bu prezidentə İŞİD-i məğlub etməyə yardım edən, iqtisadiyyatı bir neçə onillik ərzində olduğundan daha güclü edən bir prezident kimi baxacaq. O, işsizlik səviyyəsini son 16 ildə ən aşağı səviyyəyə gətirib. Seçiləndən bəri 1.7 milyon yeni iş yerləri açılıb. Fikrimcə, insanların əhəmiyyət verdiyi şeylər bunlardır. Senator Korker və senator Fleykin bayağı şərhləri yox.”

Senatın aparıcı Respublikaçıları Fleykin getmək qərarından məyus olduqlarını bildiriblər. Senat çoxluğunun lideri Fleykin “yüksən prinsiplərə söykənən” xidmətini vurğulayıb.

“Mənim fikrimcə arizonalı senator çox yaxşı komanda üzvü olub və məsələnin nə olmasına baxmayaraq həmişə konstruktiv nəticə əldə etməyə çalışıb.”

Tramp ilə problemləri olan digər senator Con Makkeyn Ceff Fleyki "dürüst, şərəfli, ləyaqətli və məsuliyyətli" şəxs adlandırıb.

“Mən Fleyki öz inandıqları şeylərə görə mübarizə aparan, buna görə siyasi bədəl ödəməkdən qorxmayan bir şəxs kimi görmüşəm.”

Nümayəndələr Palatasında olan bir neçə konqresmen də 2018-ci ildə yenidən seçilmək istəmədiklərini bildiriblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG