Accessibility links

Respublikaçıların Milli Konvensiyası cümə axşamı başa çatdı


Respublikaçıların Milli Konvensiyası cümə axşamı başa çatdı
please wait

No media source currently available

0:00 0:02:40 0:00

Prezident Donald Tramp Respublikaçıların Milli Konvensiyasının son gününü Ağ Evin həyətində təxminən 1500 nəfərlik bir auditoriyanın önündə qəbul nitqi ilə çıxış edərək başa çatdırıb.

Prezident Donald Tramp cümə axşamı 2016-cı ildə keçirilən konvensiya nitqində və 2017-ci ildə inaqurasiyasında toxunduğu əsas mövzuları təkrarlayıb.

“Bu seçki ya bizim Amerika xəyalını qoruyacağımıza ya da sosialist gündəmin bizim əzizlədiyimiz taleyimizi məhv edəcəyinə qərar verəcək.”

İvanka Tramp digər bacı və qardaşları kimi konvensiyada çıxış edərək, atasını təqdim edib.

“Bu gecə mən sizin önünüzdə xalqın prezidentinin qürurlu qızı kimi çıxış edirəm,” o deyib.

Ölkədə sosial çaxnaşmanın və küçələrdə zorakılıqların davam etdiyi bir vaxt Tramp qanun və asayişin vacibliyini vurğulayıb və sabiq vitse-prezident Co Baydenin Demokratlar partiyasının ifrat solçu qolu tərəfindən idarə olunan “Troya atı” olduğuna işarə edib.

“Co Bayden zəifdir. O, şəhərlərini yerlə-yeksan edən, özləri isə dağıntıların olduğu yerlərdən uzağa qaçaq riyakarlardan əmrlər alır,” Tramp deyib.

Həm Demokratların, həm də Respublikaçıların konvensiyaları çıxış edənlərin siyasət barədə çox danışmadıqlarına, bunun əvəzinə namizədlərə çox fokus olduqlarına, namizədlərini təriflədiklərinə və rəqiblərini pislədiklərinə görə tənqid olunublar.

“Fikrimcə, bu, xüsusilə də Respublikaçıların Milli Konvensiyasına aiddir. Biz bu prezidentin həll etmək istədiyi məsələlər barədə aydın bir fikir eşitməmişik. Arxa planda onun bir dəfə möhtəşəm iqtisadiyyat yaratdığını və bunu təkrar edəcəyinə dair qeyri-müəyyən bir vəd var. Amma onun bunu necə edəcəyinə və ya pandemiyaya necə son qoyacağına dair heç bir detal yoxdur,” Çikaqo Universitetindən Vilyam Hauel bildirib.

Amerikalıların üçdə birindən az bir hissəsi Trampın pandemiya ilə mübarizəsini dəstəkləyir. O, cümə axşamı əksəriyyətinin maskasız və bir-birilərinə çox yaxın məsafədə oturan 1500 nəfərin önündə çıxış edib. Onların çoxu COVID-19 testindən keçməyib.

Trampın nitqi ilə Respublikaçıların Milli Konvensiyası başa çatıb. Bu konvensiyada Trampın bəzi tədbirləri Ağ Evdə keçirmək qərarı da daxil olmaqla bir neçə ənənə və protokollar pozulub. Bəziləri bunu etika qaydalarını və seçki kampaniyası aparmaqla idarəçilik arasındakı cizgini pozduğunu deyiblər.

Konvensiyada Trampıın elektoratı, habelə onu az dəstəkləyən qruplar, yəni qadınlar və azlıqlar hədəf alınıb. Konvensiyada Trampın əfvi ilə azadlığa buraxılan qara dərili qadın Alis Conson və etiraz zamanı öldürülən təqaüdə çıxmış qara polis zabitinin həyat yoldaşı Ann Dorn çıxış ediblər.

Tramp çıxış etdiyi zaman bir qrup etirazçı Ağ Evin önündə nümayiş keçirib. Bu isə ölkənin noyabr seçkisindən öncə hələ də qütbləşmiş olduğuna işarədir.

XS
SM
MD
LG