Accessibility links

ABŞ prezidentliyinə respublikaçı namizədlərin növbəti debatında 8 namizəd iştirak edəcək


Gələn həftə ABŞ-ın prezidentliyə respublikaçı namizədlərin debatlarında 10 deyil, 8 namizəd iştirak edəcək.

Fox Biznes şəbəkəsində yayımlanacaq debatlarda milyarder biznesmen Donald Tramp, təqaüddə olan nevrocərrah Ben Karson, Florida ştatından senator Marko Rubio, Texas ştatından senator Ted Kruz, sabiq Florida qubernatoru Ceb Buş, sabiq Hevlett Pakardın icraçı direktoru Karli Fiorina, Ohaya ştatından qubernator Con Kasiç və Kentukkidən senator Rand Pol iştirak edəcək.

Bu arada ötən üç debatda iştirak edən Nyu-Cersi qubernatoru Kris Kristi və sabiq Alyaska qubernatoru Mayk Hakkabi budəfəki debatda iştirak etməyəcək.

XS
SM
MD
LG