Accessibility links

Amerikalıların əksəriyyəti hökumətin bağlanmasına görə respublikaçıları günahlandırır


Son rəy sorğularına görə, amerikalıların əksəriyyəti hökumətin bağlanmasına görə respublikaçıları günahlandırır.

Associated Press və GfK-in keçirdiyi sorğunun nəticəsi göstərib ki, 1000 respondentin 62 faizi respublikaçıları məsul tutur. Onların yarısı prezident Obaman və ya demokratları günahlandırır. Konqres üzvlərinə verilən dəstək isə cəmi 5 faiz təşkil edir.

Ölkənin borc tavanının yüksəldilməsi və ya hökumətin borclarını ödəyə bilmədiyini qəbul etməsinin möhləti bitməkdə olan bir vaxt ABŞ prezidenti dünya ictimaiyyətini ABŞ-ın həmişə borcların ödədiyində əmin etməyə çalışıb.

Dünən jurnalistlərlə söhbəti zamanı Barak Obama deyib ki, vəziyyət beynəlxalq investorların narahatlığına səbəb olan iqtisadi dirçəlişə ziyan vurmayacaq.

Obama Konqresə də müraciət edərək, məsrəflərə dair qanunun təsdiq və hökumətin fəaliyyətinin bərpa edilməsini istəyib.

Nümayəndələr Palatasının respublikaçı spikeri Con Beyner prezidentin müzakirələrdən imtina etməsinə görə məyusluğunu dilə gətirərək, bunun Amerikanın hökumət sistemi olmadığını deyib.
XS
SM
MD
LG