28 May - Respublika Günüdür. Respublika Günü ümumxalq bayramıdır. Ölkənin bütün yaşayış məntəqələrində bayram qeyd edilir. Diplomatik nümayəndəliklərdə qəbullar təşkil edilir.
Mayın 27-də Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni ziyarət edib. Dövlət başçısı “Buta” sarayında rəsmi qəbul dakeçirib.
1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yarandılıb.
1918-ci ilin mayın 28-də Azərbaycan milli şurası "İstiqlaliyyət Bəyannaməsi" ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını elan edib. Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif və cins fərqi görmür və bütün vətəndaşların siyasi hüquqlarını təmin edir.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşayıb. Ancaq bu qısa dövrdə çoxpartiyalı parlament seçilib, qadınlara səsvermə hüququ verilib, siyasi və iqtisadi islahatlar aparılıb. Azərbaycan dili dövlət dili elan edilib, universitet təsis edilib, ordu təşkil oliunub.
1920-ci il aprelin 28-də Rusiyanin işğalı ilə Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayıb.
1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edib və ölkənin müstəqiliyi yenidən bərpa olunub.
1990-cı ildən Respublika Günü – dövlət müstəqilliyinin bərpa edilməsi günü dövlət kimi bayram elan edilib.
Mayın 28-də Azərbaycan müxalifəti Respublika Gününü cümhuriyyətin qurucularından olan Məmməd Əmin Rəsulzadənin anadan olduğu Novxanı kəndində, onun abidəsinin önündə qeyd edəcək.
Respublika Günü münasibətilə Bakı Qarnizonu qoşunlarının iştirakı ölkənin bütün regionlarında nizami yürüşü keçiriləcək. Silahlı Qüvvələrin orkestrlərinin çıxışları da olacaq.