Accessibility links

Respublikaçı senator ilkin seçkilərdə məğlub oldu


Mühafizəkar Çay Ziyafəti Hərəkatının dəstəklədiyi namizəd ABŞ Senatı uğrunda ilkin yarışda rəqibini məğlub edib. Alaska ştatında keçirilən praymeridə Senator Lisa Murkovski rəsmən rəqibi Co Millerə təslim olub. Murkovski ötən həftə keçirilən ilkin seçkilərdə 2 000 səslə geridə idi. O, ümid edirdi ki, poçtla göndərilən 16 000 seçki bülleteni nəticələri dəyişə bilər. Xanım Murkovski bu il praymeridə məğlub olan üçün Senatordur. Belə ki, Amerikada seçicilər seçkili rəsmilərdən və ümumiyyətlə hökumətdən böyük narazılıq ifadə edir. Noyabrda keçirilən seçkilərdə nümayəndələr palatasındakı bütün yerlər, Senatın isə 37 yeri uğrunda yarışlar keçiriləcək. Səsvermə hazırda Demokratların xeyrinə olan qüvvə balansını dəyişə bilər.

XS
SM
MD
LG