Accessibility links

Respublikaçıların nəzarətində yeni Konqres bu həftə işinə başlayır


Respublikaçıların nəzarəti ələ aldığı ABŞ Konqresinin hər iki palatası-Nümayəndələr Palatası və Senat bu həftə işə başlayır.

Senatda əksəriyyətin lideri olacaq senator Mitç Makkonnell CNN televiziyasına müsahibədə deyib ki, amerikalıların respublikaçıların nəzarətində olan Konqres və demokrat prezidentə səs verməsi məsələlərin çıxılmaz vəziyyəti düşməsi demək deyil. Onun sözlərinə görə, seçicilər əsas məsələlərdə güzəştə gedilməsini və inkişafın əldə olunmasını istəyir.

Respublikaçı lider Senatın işinin ilk günləri başlıca məsələnin Kistoun neft kəməri layihəsinin təsdiq edilməsi olacağını deyib. Layihənin tərəfdarları bununla yeni iş yerlərinin açılacağını və ABŞ-ın enerjidən asılılığının azalacağını deyir. Demokrat opponentlər isə neft kəməri layihəsinin ətraf mühitə böyük zərər verəcəyini və yeni iş yerlərinin yalnız az hissəsinin daimi olacağını bildirir.

Hər iki palatada respublikaçıların prezident Obamanın səhiyyə islahatları proqramı və mühacirətə dair qərarını dəyişməyə çalışacağı gözlənilir.

XS
SM
MD
LG