Accessibility links

Respublikaçılar vergi islahatının qəbulunu bayram edir


Speaker of the House Paul Ryan (R-WI) speaks after the House of Representatives passed tax reform legislation

Respublikaçılar ABŞ-da vergi islahatlarına dair qanun layihəsinin qəbul edilməsini qələbə kimi bayram edir. Bu, Donald Trampın prezidentliyi dövrü qanunvericilik sahəsində əldə etdiyi ən böyük qələbə hesab edilir.

“Biz Amerika xalqı üçün tarixi qələbə əldə etmişik”, Tramp qanun layihəsinin qəbulundan öncə Ağ Evdə keçirilən tədbirdə bildirib.

“Bizim qanunun əsasında orta sinfin vəziyyətinin yüngülləşdirilməsi durur. Onlar bunun nəticələrini fevral ayında görməyə başlayacaq. Bu qanun evə daha artıq maaş gətirmək deməkdir, bu, zəhmətkeş amerikalılar üçün inanılmaz bir hədiyyə olacaq”, Tramp deyib.

Biz Amerika xalqı üçün tarixi qələbə əldə etmişik.
Donald Tramp

Nümayəndələr Palatasının spikeri Pol Rayan qanun layihəsini “bir nəsildə bizim vergi kodeksimizə ən radikal və ən çox inkişafa yol açan şəkildə düzəliş” adlandırıb.

Vergi İxtisarları və İşlər Aktı həm Nümayəndələr Palatası, həm də Senatda respublikaçıların yekdil dəstəyi ilə təsdiq edilib. Demokratlar qanun layihəsinə etiraz bildiriblər.

Onlar vergi dəyişikliklərinin böyük korporasiyaların və zənginlərin xeyrinə olduğunu, orta sinfin mənafələrinə xidmət etmədiyini bildirir.

Nümayəndələr Palatasında çərşənbə günü texniki səsvermədən sonra qanun layihəsi Ağ Evə göndərilib.

Qanun layihəsi korporasiyalar üçün vergilərin 35 faizdən 21 faizə endirilməsini, gəlirlərə görə vergilərin azaldılmasını və geniş yayılmış vergi tutulmalarının ləğv edilməsini nəzərdə tutur.

Müstəqil Vergi siyasətləri Mərkəzinin hesablamalarına görə, qanun layihəsi amerikalıların 95 faizi üçün vergilərin ixtisarını nəzərdə tutur. Lakin mərkəzin bildirdiyinə görə, daha çox gəlirləri olanlar üçün bu ixtisarlar azgəlirli insanlardan daha artıqdır.

XS
SM
MD
LG