Accessibility links

Respublikaçılar Obamanı tənqid atəşinə tutub


Obama administrasiyasının amerikalı girovların azad olunması ilə eyni gündə İrana 400 milyon dollar verməsi bir çoxlarında sual yaradıb.

ABŞ rəsmiləri yanvarda 400 milyon dolların İrana köçürülməsini əvvəllər mövcud olmuş və sonradan dayandırılmış silah razılığının bərpası üçün ödənildiyini bildirib.

Obama administrasiyasının İrana 400 milyon dollar ödəməsi respublikaçıların da ciddi qınağına yol açıb.

İranı daha artıq girov götürməyə təşviq edirik

​Nümayəndələr Palatasının spikeri Pol Rayan bildirib ki, Obama və onun administrasiyası yanvar ayından bəri bizi yanıldır. O deyib ki, prezident əməlləri və yaratdığı presidentsiz təhlükəyə görə Amerika xalqı qarşısında hesab verməlidir.

ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp Obamanı “yalançı” adlandırıb.

Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Ed Roys bu ödənişin amerikalıların həyatına təhlükə yaratdığını bildirib. O deyib ki, biz İranı daha artıq girov götürməyə təşviq edirik.

ABŞ dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif
ABŞ dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif

ABŞ dövlət katibi Con Kerri ABŞ-ın “girovları azad etmək üçün” pul vermədiyini bildirib.

Ağ Ev sözçüsü Coş Ernest tərəfindən verilən bəyanatda yalnız İranda sağçıların və Amerikada nüvə razılığının əleyhinə olan respublikaçıların bu köçürməni girov pulu kimi qələmə verdiklərini bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG