Accessibility links

Respublikaçı namizədlərin Cənubi Karolinada debatı zamanı mübahisələr baş verib


ABŞ prezidentliyinə respublikaçı namizədlər şənbə günü Cənubi Karolina ştatında növbəti debatlarını keçirib. Namizədlər ABŞ-ın Ali Məhkəməsinin debatdan bir neçə saat önvə dünyasını dəyişmiş hakimi Anonin Skaliyanın yerinə təyinatın prezident Barak Obama deyil, yeni prezident tərəfindən edilməli olduğunu bildirib.

Rəy sorğularına görə birinci yerdə gedən biznesmen Donald Tramp deyib ki, Skaliyanın ölümü Birləşmiş Ştatlarda mühafizəkarlar üçün böyük itkidir və Senatda respublikaçıların lideri Mitç Makkonnellyeni hakimin Obamanın gələn il yanvar ayında vəzifəsini tərk etməsinə qədər təsdiq edilməməsi üçün təyanatla bağlı nominasiya proseseni saxlamalıdır.

Florida senatoru Marko Rubio, Texas senatoru Ted Kruz, Ohayo qubernatoru Con Keysik və neyro cərrah Ben karson da Obamanın yeni təyinatla bağlı nominasiyanı etməməli olduğunu bildiriblər.

Florida ştatının keçmiş qubernatoru Ceb Buş rəqiblərindən fərqli olaraq, prezident nominasiya etmək hüququ olduğunu lakin Obamanın konsensus əsasında qərar verəcəyinə inanmadığını deyib.

Namizədlər Respublikaçılar partiyasından prezidentlik uğrunda yarışda nominasiya qazanmaq üçün fevralın 20-də paymeri seçkisinə qədər Cənubi Karolina ştatında seçicilərimin səslərini qazanmağa çalışır.

Milli Təhlükəsizlik

Debatda milli təhlükəsizlik məsələləri ətrafında müzakirələr zamanı namizədlər arasında mübahisələr baş verib. Donald Tramp rəqibi Ceb Buşa prezident Obamadan əvvəl ABŞ prezidenti olan qardaşı Corc Buşun hakimiyyəti dövrü baş verənlərə görə tənqid hədəfinə çevirib.

Tramp İraq müharibəsinin böyük səhv olduğunu deyib. Buş və Rubio Corc Buşun Amerikanı daha təhlükəsiz etdiyini deməsinə cavab olaraq Tramp dəfələrlə 2001-ci ildə Nyu Yorkda terror hücumları zamanı Dünya Ticarət Mərkəzinin iki binasının dağıldığını vurğulayıb.

Ceb Buş həmçinin Donald Trampın Rusiya prezidenti Vladimir Putinə dəstək verməsini tənqid edərək, Suriya münaqişəsində Rusiyanın müsbət tərəfdaş olacağı haqda dediklərini gülməli adlandırıb.

Mühacirət

Mühacirət siyasəti ilə bağlı Rubio və Kruz arasında mübahisə baş verib. Rubio diqqətin ilk növbədə qeyri-qanuni mühacirlər məsələsinin həllinə yönəlməli olduğunu deyərək, sərhədlərdə təhlükəsizlik təmin edilməsə başqa proqramların effektiv olmadığını bildirib.

Ölkədəki qeyri-qanuni mühacirlərə gəldikdə isə Rubio deyib ki, amerikalıların artıq ABŞ-da yaşayan insanlarla bağlı "ağlabatan, lakin məsuliyyətli qərar verəcəyini" düşünür.

Kruz fərqli planı olduğunu bildirirərək, ABŞ-da yaşayan qeyri-qanuni mühacirlərə vətəndaşlıq verilməsini dəstəkləmədiyini deyib.

Nyu Hempşirdə praymeri zamanı ikinci yerə çıxan Ohayo ştatının qubernatoru Con Keysik deyib ki, o, qeyri-qanuni mühacirlərin statusunun leqallaşdırılmasını dəstəkləsə də, onlara vətəndaşlıq verilməli olduğunu düşünmür.

Ohayo qubernatoru eyni zamanda respublikaçı namizədlərin bir-birinə hücumlar etməsini tənqid edib və bunun noyabr ayında məğlubiyyətə yol aça biləcəyini deyib. O, namizədləri diqqəti şəxsi hücumlar deyil, siyasi plataformalarının izahına yönəltməyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG