Koronavirus pandemiyası başlayandan bəri milyonlarla yaşlı vətəndaş, əlil və digərləri üçün adi yemək mənbələri kəsildi. Eyni zamanda restoranları bağlamaq və işçiləri işdən çıxarmaq məcburiyyəti yarandı. Kaliforniya ştatının San-Fransisko şəhərində bir aşpaz işini ehtiyacı olanlara yardım etməklə davam etdirib.
Hanq Tronq `Əriştə qızı` adlı biznesinə başlayanda böyüdüyü Vyetnamdakı valideynlərinin restoramnındakı yeməkləri Kaliforniyadakı yeni evinə gətirmək arzusunu həyata keçirirdi. "Mən buraya gəldikdən sonra anamın bişirdiyi yeməklərin dadı üçün çox darıxdım. Restoranlara gedəndə adət etdiyim dadları tapa bilmirdim" - deyə, Hanq Tronq bildirir.
Sonra pandemiya başladı və o, arzusunu həyata keçirə bilmədi. `Əriştə qızı` San-Fransisko bölgəsindəki digər restoranlarla birlikdə qeyri-müəyyən müddətə bağlanmaq məcburiyyətində qaldı.
Çörəkçi Lenore Estrada da eyni problemlə üzləşdi. Hanq Tronq: “Mən işi davam edə bilməyəcəyimi, işçiləri işdən çlxarmasam iflasa uğrayacağımı bilirdim."
Estrada tez bir zamanda səfərbər oldu və texnoloji dünyadakı bir dostunun böyük bir ianəsi ilə SF New Deal adlı yeni bir təşkilat qurdu. Bu təşkilat Ərişdə qızı kimi ərzaq bizneslərinin yemək hazırlanması və könüllülər tərəfindən yaşlılar və ehtiyacı olanlara paylanmasının pulunu ödəyir. Lenore Estrada: “Biz əvvəllər insanların yemək aldığı xidmətlərin kəsilməsi ilə onlara yardıma başladıq. Onlar yemək ala bilmir, xidmətlərdən məhrum olmuşdular.”
SF New Deal könüllülərin yardımı ilə ehtiyacı olanlara yemək paylamağa başladı. Könüllü Lina Qarsia: "Belə dövrlərdə yeganə yolun yardım etmək olduğunu düşünürəm."
Mart ayından bəri bu qeyri-kommersiya təşkilatı 270 mindən çox yemək paylayıb və 80-dən çox restoranla işləyib. “Bu proqram mənə işimə lazım olan hər şeyi ödəməyə yardım edir."
Lenore Estrada “Bəzi restoranlar tədricən açılır. Bizə bəziləri sizə bir ay əvvəl ehtiyacımız var idi deyir. İndi sifarişlərimiz artıb və biz deyirik ki, başqa yerlədən xidmət ala bilərsiniz.’”
Lenore Estrada eyni zamanda yenidən çörək bişirməyə başlayacağı vaxtı səbirsizliklə gözləyir.