Accessibility links

Rəsul Cəfərov: "Hakimiyyətin izahatı bəhanədir" [Audio-Müsahibə]


Hüquqşünas Rəsul Cəfərov prezidentin seçkilərin növbədənkənar keçirilməsinə dair sərəncamına münasibət bildirir

Prezident İlham Əliyev aprelin 11-də növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb.

Hüquqşünas Rəsul Cəfərov məsələ ilə bağlı Amerikanın Səsinə münasibət bildirib.

Rəsul Cəfərov: "Hakimiyyətin izahatı bəhanədir"
please wait

No media source currently available

0:00 0:09:40 0:00


Amerikanın Səsi: Bildiyiniz kimi, Azərbaycanda növbədənkənar seçkilərin keçirilməsinə dair sərəncam imzalanıb. Sizin buna münasibətiniz necədir?

Rəsul Cəfərov: Mənim münasibətim ondan ibarətdir ki, adətən bu cür addım atılanda, yəni növbədənkənar seçki keçiriləndə, istər prezident seçkiləri olsun, istər parlamet seçkiləri olsun və ya ölkənin, dövlətin taleyinə birbaşa təsir edə biləcək istəlinən bir konstitusion addım olsun, bunun ciddi əsaslandırılması olmalıdır və hətta daha yaxşı olar ki, bunun əvvəlcədən ictimai müzakirəsi keçirilərdi. Amma biz indki halda bunu görmürük və çox böyük suallar ortada var ki, niyə görə növbədənkənar prezident seçkiləri təyin edilir, özü də prezidentçilik idarə sistemi olan ölkədə. Həm də onsuz da oktyabr ayında prezident seçkiləri keçirilməliydi. İndiyə qədər də hakimiyyət nümayəndələri tərəfindən verilən açıqlamalar kifayət deyil və daha çox bu məsələni ört-basdır etməyə yönəlib və, yumşaq desək, ciddi açıqlamalar deyil. Buna bir ehiyac olmadığına görə, ya da bu ehtiyacı sübüt edə biləcək bir səbəb olmadığına görə, onun növbədənkənarlılıq məsələsi böyük bir sual altında qalır. Amma təsəvvür etsək ki, bu növbədənkənar deyil, lap elə vaxtında keçirilən seçkidir, ölkədə bu qədər siyasi məhbus olan halda, mediaya, başqa alternativ informasiaya mənbələrinə ciddi total hücumların olduğu halda, sərbəşt toplaşmaq azadlığı, birləşmək azadlığı ilə bağlı ciddi basqılar olduğu halda hansısa ədalətli və azad seçkilərdən danışmaq çox çətindir. Yəni ümumlikdə bu məsələni, qeyd etdiyim kimi qiymətləndirirəm.

Ölkədə bu qədər siyasi məhbus olan halda, mediaya, başqa alternativ informasiaya mənbələrinə ciddi total hücumların olduğu halda, sərbəşt toplaşmaq azadlığı, birləşmək azadlığı ilə bağlı ciddi basqılar olduğu halda hansısa ədalətli və azad seçkilərdən danışmaq çox çətindir.

Amerikanın Səsi: Sosial mediada, ictimaiyyət arasında bu qərarla bağlı bir neçə versiya irəli sürülüb. Sizcə bu qərara, yəni seçkilərin oktyabr ayı əvəzinə apreldə keçirilməsinə səbəb nədir?

Rəsul Cəfərov: Mən düşünəm ki, qeyd edilən səbəblərin hamısı ola bilər. Mən sosial şəbəkələrdə müxtəlif insnalar tərəfindən səsələndirilən firikləri nəzərdə tuturam. Yəni o texniki tərəflər ki, iki seçkini bir yerdə keçirmək olmaz, və ya başqa nəzərdə tutulan tədbirlərə görə daha əvvələ atmaq və sairə. Bunlar, bir daha təkrar edim ki, bəhanədir. Məsələn gələn il Türkiyədə parlament və prezident seçkiləri eyni gündə keçiriləcək, və yaxud ABŞ-ın özündə prezident seçkiləri günü qanunvericilik orqanlarına seçkilər mütəmadi olaraq keçirilir. Tədbirlərin keçiriləcəyi ilə bağlı olması da inandırıcı deyil, çünki qeyd edilən tədbirlərlə seçki arasında kifayət qədər əlavə vaxt qalırdı və bu, yumşaq desək, qeyri-ciddi və gülməli əsasdır.

Amma mənim özümün şəxsi firkim ondan ibarətdir ki, bu, iki məsələ ilə bağlı ola bilər. İlk məsələ sosial-iqtisadi məsələlərdir ki, hansının kı necə olacağını proqnoz etmək çox çətindir. Yəni, ilin sonuna yaxın, payız aylarında seçkiyə yaxın ərəfədə sosial-iqtisadi durumun necə olacağı bəlli olmur. Və son bir neçə gündür neftin qiyməti, yüngül də olsa, düşməyə başlayıb. Və əgər bu, davamlı şəkildə davam edəcəkdisə, “hansı nəticələrə gətirib çıxara bilərdi, ehtiyatlar kifayət edə bilərdimi-bilməzdimi”- bu suallar təminatlı cavablar tələb edir. Amma o təminatlı cavablar olmadığına görə, düşünürəm, hakimiyyət bu seçkini tələsdirmək qərarı verib.

İlqar Məmmədov, REAL hərəkatının lideri
İlqar Məmmədov, REAL hərəkatının lideri

İkinci məsələni də mən, İlqar Məmmədovun işi ilə bağlayıram. Bu tək faktor deyil, amma faktorlardan biridir ki, İlqar Məmmədov, ya da istənilən digər yenilik təqdim etmək potensialına malik olan yeni simalar həmişə təhlükə saçır. Yəni təhlükə deyəndə mən hakimiyyət üçün nəzərdə tuturam. O baxımdan hakimiyyətin İlqar Məmmədovu müəyyən mənada mart-may aylarında azaldığa buraxmaq ehtimalının artdığını deyə bilərəm. Mənim ehtimallarımdan biri odur ki, məhz həmin şəxsin azadlığa çıxandan sonra oktyabra qədər olan dövr ərzində hansı sürprizlər edə biləcəyini və yaxud İlqar Məmmədovun məşhurluğu ola-ola onun barəsində bəraət qərarının çıxarılması və nəticədə namizəd kimi qeydə alınması ilə bağlı Qərb ölkələrindən təzyiqin olub-olmayacağı ilə bağlı da təminatlı cavabları yoxdur hakimiyyətəin. Ona görə də, onlar bu addımı tezləşdirmək qərarına gəliblər.

Amerikanın Səsi: Bəs bu qərar hüquqi baxımdan nə dərəcədə qanunidir?

Rəsul Cəfərov: Belə deyək, faktiki mövcud vəziyyətə biz iddia edə bilmirik ki, bu, qanunsuzdur, o anlamda kı, bu, heç yerdə nəzərdə tutulmadan təşkil edilir. Bilirsiniz ki, 2016-cı ilin sentyabrında konstitusiyaya edilmiş dəyişikliklərə görə, prezidentə növbədənkənar prezident seçkiləri elan etmək səlahiyyəti verilib. Özü də, çox maraqlıdır ki, hansı hallarda bu baş verə bilər izah edilmir. Konstitusion hüquq anlayışından bu məsələyə yanaşsaq bu, çox qəribədir, çünki istər prezident, istər parlamanent növbədənkənar seçkilər formalaşdırırsa bunun səbəbi göstərilməlidir.

Amma faktorlardan biridir ki, İlqar Məmmədov, ya da istənilən digər yenilik təqdim etmək potensialına malik olan yeni simalar həmişə təhlükə saçır.

Məsələn parlament seçkiləri nə vaxt növbədənkənar elan edilə bilər? Parlement buraxılanda və yaxud hökümətdə digər siyasi böhran olanda və s. Amma prezident seçkiləri niyə vaxtından əvvəl elan edilir, onun heç bir səbəbi nə konstitusiada nə digər qanunlarda göstərilməyib. Və burada biz 2016-cı ilin sentyabr ayında konstitusiaya edilmiş dəyişikliyə baxmalıyıq ki, onlar hüquqa ziddirmi və yaxud hüquqa uyğundurmu. Bizim mövqeyimiz odur ki, onlar hüquqa ziddir. Yəni o baxımdam faktiki hüquqlar baxımından bu seçkinin elan edilməsi qadağan deyil.

Amma bu norma ölkənin əsas qanununa necə daxil olunub, bax bu, mübahisəlidir və bu kontekstdə böyük suallar doğurur, həm hüquqilik baxımından, həm də cəmiyyətin buna ehtiyacının olub-olmaması baxımından. Çünki qanunlar nəyə görədir, konstitusiya nəyə görədir? Cəmiyyətdəki olan münasibətləri tənzimləmək üçün, hüquqi mexanizmlər tətbiq etmək üçün. Bu niyə baş verir, ümumiyətlə prezident niyə növbədənkənar seçkilər elan etməlidir - bu qeyi-müəyyəndir. Bu qeyri-müəyyənliyə görə də, əslində, onun qanuni tərəfinə də kölgə düşmüş olur.

Amerikanın Səsi: Bəs bu qərarın sosial təsirləri nə olacaq? Sizcə hər hansı sosial qınağa və ya etirazlara səbəb olacaqmı?

Ola bilər ki, indi sosial etirazlar olmasın, buna cəmiyyətdən bir etiraz gəlməsin, amma bu prosesin yekununda nə olacaq, camaat həqiqətən də bunu qəbul edəcək mi, bu, böyük suallar doğurur.

Rəsul Cəfərov: Bunu demək çətindir. Yəni ölkədə vəziyyət ondan ibarətdir ki, azadlıqlar xeyli dərəcədə məhdudlaşdırılıb. Və bu bir neçə ilin deyil, uzun illər ərzində aparılan repressiv siyasətin nəticəsində baş verir. Ona görə də, iddia etmək ki, mütləq şəkildə etirazlar olacaq, buna ciddi sosial etiraz elektoratı ortaya çıxacaq çox çətindir.

Amma ümumiyyətlə bir nəfərin iki dəfədən artıq seçkilərə getməsi və öz hakimmiyyətini daha da möhkəmləndirməsi yaxşı tendensiya deyil. Dünyanın heç bir yerində bu, yaxşı bir şeylə yekunlaşmayıb. Hətta bu yaxınlarda, məsələn, 51 il ərzində hakimiyyətə tam nzarət edən eyni ailədən olan şəxslərə qarşı da etiraz aksiyaları təşkil olunur, buna qarşı narazılıq idafə edilir. Bu kimi nümunələr çoxdur, onlarladır. Yəni ola bilər ki, indi sosial etirazlar olmasın, buna cəmiyyətdən bir etiraz gəlməsin, amma bu prosesin yekununda nə olacaq, camaat həqiqətən də bunu qəbul edəcək mi, bu, böyük suallar doğurur. Mənim düşüncəmə görə, bu elə də asan proses olmayacaq və gedişatda hər bir şey baş verə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG