Bu gün hüquq müdafiəçisi Rəsul Cəfərovun həbsindən 8 ay keçir.
“Demokratiya Naminə İncəsənət” kampaniyasının koordinatoru Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs olunub. O, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətindən sui-istifadədə ittiham olunub. Sonradan ona qarşı yeni ittihamlar - vəzifə saxtakarlığı və mənimsəmə ittihamları irəli sürülüb. Hüquq müdafiəçisi ittihamları qəbul etmir və cinayət işini sifarişli sayır.
Amnesty İnternational Rəsul Cəfərovu ”vicdan məhbusu” elan edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində Rəsul Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Aprelin 9-da məhkəmə sənədlərin tədiqiq mərhələsinə başlayacaq. İndiyədək zərərçəkən kimi tanınmışlar və şahidlər məhkəmədə Cəfərovun əleyhinə ifadə verməyib.
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Rəsul Cəfərov vəkili vasitəsi ilə şifahi şəkildə Amerikanın Səsinin suallarını cavablandırıb.
Ameriksanın Səsi: İlk öncə özünüzü necə hiss edirsiniz? Həbs həyatı sağlamlığınıza hansı təsirləri edib?
Saxlandığım kamera nümunəvi kameralardan biridir.
Rəsul Cəfərov: Ozumu normal hiss edirəm, saxlanma səraiti və mənə munasibətdən narazılığım yoxdur. Saxlandığım kamera nümunəvi kameralardan biridir, nə dustaqlarla, nə də muəssisə rəhbərliyi və əməkdaşları ilə heç bir problemim yoxdur.
Amerikanın Səsi: Məhkəmənin gedişi sizi qane edirmi? Ədalətli məhkəmə istintaqına ümid edirsinizmi?
Yekun hökmu gozləyirik, ədalətli qərara umid edirik, baxmayaraq siyasi işlərdə əvvəlki təcrubələr heç də urəkacan olmayib
Rəsul Cəfərov: Məhkəmənin gedişi ilə bağlı ümumilikdə ciddi narazılığım yoxdur. Hesab edirəm ki, həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətimiz təmin edilə bilərdi. Bununla belə yekun hökmu gozləyirik, ədalətli qərara umid edirik, baxmayaraq siyasi işlərdə əvvəlki təcrubələr heç də urəkacan olmayib. Yəni hazırki məqamda mən tərəfsiz və müstəqil hüquq müdafiəçisi olaraq məhkəmə hökmünü indidən şübhə altına ala bilmərəm.
Amerikanın Səsi: Həbs həyatı baxışlarınızda hansı dəyişikliklər yaradıb? Sizin hüquqlarınızı müdafiə edənlərə sözünüz varmı?
Həbs həyatı istənilən halda məhrumiyyət deməkdir.
Rəsul Cəfərov: Həbs həyatı istənilən halda məhrumiyyət deməkdir, lakin dunyagörüşünün artırılması baxımından, yəni bu istiqamət üzrə təcrübə baxımından həbs həyatı maraqlıdır. Burada mən özümdən və işimdən daha çox 85 yaşlı babam və 50 yaşlı anam, yaxınlarım, dostlarım barədə daha çox düşünürəm. Onların problemlərini və çətinliklərini götür-qoy edirəm. Digər narahat olduğum məqam dövlətimiz və cəmiyyətimiz üçün əhəmiyyətli hesab etdiyim fəaliyyətimin dayanmasıdır. Mən fevral ayında da verdiyim müsahibədə qeyd etmişəm ki, fəaliyyətim heç kimə və yaxud heç bir quruma qarşı yönəlməyib, fəaliyyətim insan haqlarının müdafiəsi üzrə təşəbbüslərdən ibarət olub. Yəni hazırda həbs həyatımın əsas düşüncələri bundan ibarətdir.
Amerikanın Səsi: İctimaiyyətə, hüquqlarınızı müdafiə edənlərə, sizi həbsdə saxlayanlara sözünüz varmı?
AŞPA həmməruzəçilərininmənimlə görüşməyini və məsələnin müzakirəyə çıxarılmasını müsbət qiymətləndirirəm.
Rəsul Cəfərov: Mən hamıya öz təşəkkürümü bildirirəm, bütün fəaliyyətlərdən tam razıyam. Burada bir məsələyə toxunmaq istəyirəm, AŞPA həmməruzəçilərininmənimlə görüşməyini və məsələnin müzakirəyə çıxarılmasını müsbət qiymətləndirirəm, baxmayaraq ki, onların fəaliyyətinə münasibət birmənalı deyil. Azadlıqda olanda da, indi də mən həmişə istənilən tərəflə dialoqun, görüşün keçirilməsinə tərəfdar olmuşam.