Accessibility links

Okean Elzi Rəsul Cəfərov üçün Na Nebi oxuyacaqmı?


Rəsul Cəfərov
Rəsul Cəfərov

Hüquq müdafiə təşkilatları Okean Elzi-ni həbsdə olan hüquq müdafiəçisini müdafiəyə çağırıb

Demokratiya Naminə İncəsənət və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu hüquq müdafiəçisi Rəsul Cəfərovla bağlı ictimai xadim, bəstəkar və Okean Elzi rok qrupunun solisti Svatoslav Vakarçuka birgə müraciət edib.

Müraciətdə deyilir:

Bu həftənin sonu Bakıda çıxış etməzdən əvvəl Okean Elzi Azərbaycan insanlarına qarşı baş verən hüquq pozuntularını nəzərə almalıdır.

Keçmiş Sovetlər Birliyi regionunda fəallara qarşı ən sərt repressiya gənclərin, elm adamlarının, siyasi fəalların və QHT-lərin hökumətin hədəfinə çevrildiyi Azərbaycanda baş verir.

30 yaşlı hüquq müdafiəçisi Rəsul Cəfərov daim bu repressiyanı işıqlandırmaq, ölkə və onun əhalisi üçün yaxşı gələcəyi təmin etmək üçün çalışıb.

2011-ci ildə o, ölkədə insan hüquqlarının ağır durumunu nümayiş etdirmək üçün 2012-ci ildə Bakıda keçirilmiş Avroviziya mahnı müsabiqəsindən istifadə etmək məqsədi ilə Demokratiya Naminə Oxu kampaniyasına başlayıb. Rəsul digər iki uğurlu hüquq müdafiə kampaniyasının koordinatoru olub – bunlardan biri sənətçilərlə demokratiya fəalları arasında birgə səylərin yaradılması ilə bağlı olub.

2013-cü ilin dekabrında o, Ukrayna ilə həmrəy olaraq, Maydanda olub. Həmin vaxt Okean coşqun kütlənin qarşısında çıxış edərək öz konsertini etiraz aksiyaları zamanı həbs olunan və xəsarət alanlara həsr etmişdi. Həmin vaxtdan bəri Rəsul Cəfərov Okean Elzinin çılğın fanatıdır.

Bu gün isə o, qanunsuz sahibkarlıq və vergidən yayınma kimi saxta ittihamlarla həbsdədir.

Amnesty International onu vicdan məhbusu kimi tanıyıb. Avropa Şurası, Avropa Birliyi və ATƏT Rəsul Cəfərovun həbsini pisləyib.

Həbsi ərəfəsində isə, Rəsul Cəfərov “Na Nebi” mahnısını dinləmişdi...

Biz, sizi Rəsul Cəfərovun həbsinə qarşı çıxış etməyə çağırırıq. Bunu etməyin ən yaxşı yolu isə Azərbaycandakı konsertinizdə “Na Nebi” mahnısını ifa edərkən bu mahnını Rəsula həsr etməkdir. Rəsul hesab edir ki, Azərbaycan hökuməti bütün sənətçilərin, jurnalistlərin, fəalların və sıravi vətəndaşların öz fikirlərini sərbəst şəkildə, qisas qorxusu olmadan ifadə etmələrinə şərait yaratmalıdır.

Ümid edirik ki, siz də belə hesab edirsiniz”, sənəddə qeyd edilir.

XS
SM
MD
LG