Accessibility links

Rəsul Cəfərova qarşı yeni ittihamlar irəli sürülüb


Rəsul Cəfərov etiraz edir (Foto Rəsul Cəfərovun facebook səhifəsindən götürülüb)
Rəsul Cəfərov etiraz edir (Foto Rəsul Cəfərovun facebook səhifəsindən götürülüb)

İstintaq orqanı həbsdə olanhüquq müdafiəçisi Rəsul Cəfərova qarşı yeni ittihamlar irəli sürüb. Hüquqşünas Günay İsmayılova Amerikanın Səsinə bildirib ki, yeni ittihamlar vəzifə saxtakarlığı və mənimsəmə - Azərbaycan Cinayət Məcəlləsinin 313 və 179.3.2-ci maddələri ilə irəli sürülüb.

Bu ittihamlar üzrə o, 12 ilədək azadlıqdan məhrum edilə bilər.

Rəsul Cəfərov ittihamları qəbul etmir.

Xatırladaq ki, “Demokratiya Naminə İncəsənət” hüquq müdafiə kampaniyasının əlaqələndiricisi Rəsul Cəfərov avqustun 2-də qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbs edilib. Oktyabrın 23-də onun həbs müddəti 3 ay uzadılıb.

Amnesty İnternational Cəfərovu “vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG