Accessibility links

ABŞ-da pərakəndə satış göstəriciləri ən aşağı səviyyədədir [Video]


ABŞ-da pərakəndə satış göstəriciləri ən aşağı səviyyədədir
please wait

No media source currently available

0:00 0:02:49 0:00

ABŞ-da mart və fevral aylarında pərakəndə satış göstəriciləri ən aşağı səviyyədə olub. Bu, yanacaq qiymətlərinin düşməsi və avtomobil sahəsindəki gəlirlərin azalması ilə izah edilir. Lakin ekspertlərin fikrincə, sənaye texniki və demoqrafik dəyişikliyə görə formasını dəyişməkdədir.

Pərakəndə satış landşaftı yeni forma alır. Sears kimi pərakəndə satış nəhəngi 2011-ci ildən bəri 10 milyard dollardan çox gəlir itirib. Pərakəndə satış strateqi Uendi Libmann: "Sears elə bir nöqtəyə çatıb ki,onun nə pərakəndə satış şirkəti, nə maliyyə təsisatı, nə də daşınmaz əmlak kimi mövcudluğu mümkündür."

Sears problemlər yaşayan yeganə mağaza deyil. Ekspertlər gələn aylar ərzində 3500-ə qədər mağazanın bağlanacağını təxmin edir. Lakin Milli Pərakəndə Satış Federasiyasının baş iqtisadçısı Cek Klayhenz deyir ki, dəyişiklik biznes dövriyyəsinin bir hissəsidir.

“Bank sahəsinə nəzər salın. 10-15 il əvvəl indi ilə müqayisədə bankların sayı 2 dəfə çox idi. Təmərküzləşmə gedir. Bu isə bazar iqtisadiyyatının təbii fenomenidir.”

Alış-veriş üsulunu internet dəyişib. Planşet və ağıllı telefonlar demək olar ki, istənilən hər bir şeyin əldə edilməsini asanlaşdırıb.

Biznes məsləhət şirkəti AlixPartners-dən Murali Qokki: “Biz elektron və ya mobil ticarətin sürətlə inkişaf etdiyinin şahidi olduq. 2012-ci ildə mobil kommesiyasında geriləmə var idisə, indi onlayn sifarişlər 20 faiz artıb.”

Lakin mobil analitik və sosial şəbəkə FourSquare şirkətinin təhlilçisi Sara Spaqnolonun dediyinə görə, elektron ticarətə istehlakçı xərclərinin kiçik payı düşür.

“Dükanların bağlanmasından çox danışılır. Lakin biz real dünyada mağazalardan alış-verişin 90 faizinin insanların özlərinin etdiyini görürük.”

Ekspertlər gələcəkdə daha artıq mağazanın bağlanacağını proqnozlaşdırır. Amerika adam başına düşən alış-veriş sahəsinə malik olan ölkələrdən biridir. Burada adam başına 2 kv.mert alış-veriş sahəsi düşür. Lakin Muralı Qokki alıcıların gələcəkdə mağazalarda daha az pul xərcləyəcəyini deyir. Onun çalışdığı AlixPartners 2017-ci ildə istehlakçı xərclərinin 4 faiz artacağını təxmin edir.

“İstehlakçılar üçün mallara çıxış və alıcılıq qüvvəsi baxımından indi ən yaxşı vaxtdır. Hazırda pərakəndə satıcıları müştəri sorağındadır.”

XS
SM
MD
LG