Təqaüddə olan Petr Pavel şənbə günü Çexiya prezident seçkisinin ilk turunda milyarder və keçmiş baş nazir Andrey Babiş üzərində cüzi fərqlə üstünlük əldə edib.
Prezidentin icraedici səlahiyyətləri olmasa da, baş nazir, mərkəzi bank başçısı təyib etmək və konstitusiya məhkəməsinə hakimlərin namizədliyini irəli sürmək kimi əhəmiyyətli səlahiyyətə malikdir.
Prezidentlər həmçinin xarici siyasətdə də məhdud sözə sahibdirlər və ali baş komandandırlar.
Səslərin 99.7 faizinin nəticələri Pavelin 35.4 faizlə 35 qazanan Babişdən öncə olduğunu göstərir.
Həm keçmiş baş qərargah rəisi və NATO-nun hərbi komitəsinin sədri olan Pavel, həm də 2017-2021-ci illərdə baş nazir olan müxalifət lideri Babiş Çinlə və ötən il Ukraynaya hərbi müdaxilə etmədən öncə Rusiya ilə daha yaxın əlaqələri təşviq edən və vəzifədən gedəcək Miloş Zemandan daha Qərbyönlü olacaqlar.
61 yaşlı Pavel qəti Qərb tərəfdarıdır və Ukraynaya əlavə hərbi yardımı və avrodan istifadəni dəstəkləyir.
Kimyəvi maddələr, kənd təsərrüfatı və media imperiyaları quran Babiş çox dəyişiklik gətirməyəcək, çünki o da Zeman kimi qanunun aliliyi səbəbilə Avropa İttifaqındakı tərəfdaşları ilə ziddiyət yaşayan Macarıstanın prezidenti Viktor Orbanla isti münasibətlər saxlayır.
Babiş həmçinin Çexiyanın Ukraynaya hərbi dəstəyinin əleyhinə çıxış edib. Bununla baölı qərarları verən hazırkı mərkəz-sağçı hökumət Kyivin Qərbdəki ən böyük dəstəkçilərindən biridir.
Pavel Babişi hədəf alaraq, onu populist və təhlükə adlandırıb. “Təhlükə odur ki, biz təkcə populizmə doğru istiqamət almayacağıq, həm də son 230 ildə irəlilədiyimiz, açıq şəkildə demokratik, qərbyönlü, avropapərəst yoldan uzaqlaşacağıq,” o, nəticələrin bir hissəsi açıqlanandan sonra bildirib.
Seçicilər Pavelə ikinci turda Babiş üzərində üstünlük veriblər, çünki o, çox güman ki, birinci turdan keçməyən digər namizədlərə səs verən seçiciləri cəlb edə bilər.
Üçüncü yerdə səslərin 13.9 faizi ilə iqtisadiyyat professoru Danuşe Nerdova gəlib. O, məğlubiyyətini etiraf etrib və Paveli təbrik edərək, dəstək vermək üçün onunla görüşəcəyini deyib.
“Hələ də böyük bir bəla var və onun adı Andrey Babişdir,” o, tərəfdarları və müxbirlərə deyib.