Accessibility links

İş həyatına geri dönmək istəyən analar üçün hazırlanan "returnship" proqramı [Video]


İş həyatına geri dönmək istəyən analar üçün hazırlanan "returnship" proqramı
please wait

No media source currently available

0:00 0:02:15 0:00

Texnologiya sahəsində qadın və müxtəliflik çatışmazlığı böyük problem olaraq qalır. Lakin indi “returnship” adlı proqramlar şirkətlərə yeni istedadları cəlb etməyə imkan yaradır. Bu istedadlar isə daha öncə uşaqlarına baxmaq üçün bir müddət işləməyən ana və atalardır.

Nyu Yorkda fəaliyyət göstərən AppNexus adlı texnologiya şirkətinin işçiləri çox fərqlidir. Onlar hətta o qədər fərqlidir ki, bəzilərinin heç texnologiya təcrübələri belə yoxdur. Onlardan biri İleyn Çenqdir.

Çox vaxt işəgötürənlər onları bir daha heç kəsin onları işə götürməyəcəyinə, hər kəsin onların bir neçə il işləmədiklərini nəzərə alacağına inandırır.
Tami Forman

“AppNexusa-a gəlmədən öncə, mən dörd il yarım boyunca evdə uşaqlarıma baxırdım. Mənim iki qızım var. Birinin beş, digərinin 2 yaşı var”, Çenq deyir.

Təkrar iş axtarmağa başlayanda isə Çenq bir çox qadının üzləşdiyi problemlə üzləşdi. Bu da tərcümeyi-halındakı boşluğu işəgötürənlərə başa salmaq idi.

“Çox vaxt işəgötürənlər onları bir daha heç kəsin onları işə götürməyəcəyinə, hər kəsin onların bir neçə il işləmədiklərini nəzərə alacağına inandırır”, deyə Path Forward-ın icraçı direktoru Tami Forman bildirir.

İndi “returnship” adlı təcrübə proqramları, keçmiş iş təcrübələrindən asılı olmayaraq qadın və kişilərə yeni karyerlara başlamağa imkan yaradır.

Path Forward (İrəli Yol) adlı layihə bir texnologiya şirkətinin daxilində başlayıb və indi digər texnologiya şirkəltərinə yayılıb. Proqram qadın və kişiləri 16 həftəlik ödənişli təcrübələrlə təmin edir. Proqram bitəndən sonra isə onlar tam-ştat işə qəbul edilə bilərlər.

“Texnologiya sahəsindəki böyük və kiçik şirkətlərin ortaq cəhəti odur ki, onlar sürətlə böyüyür, ehtiyaclarını qarşılayacaq isə kifayət qədər istedadlı işçi yoxdur”, Forman deyir.

“Returnship”lər şirkətlərə daha yetkin və professional baxımdan müxtəlif istedadlı insanları cəlb etməyə yardım edir. Proqram iştirakçıları başqa cür barələrində eşitməyəcəyi işlərdə təcrübə keçirlər.

Əvvəllər müəllim olmuş Çenq köhnə ixtisasına bənzər işlər axtarırdı, amma yeni iş imkanlarına da açıq yanaşırdı. İndi o, məhsul mütəxəssisi olaraq çalışır.

“Mən onların öyrənməyə və öyrətməyə həvəsli olan birini işə axtardıqlarını gördüm və mən bu işi sınamaq istədim”, deyə o bildirir.

“O, müştrilərlə çox vaxt keçirir, onları bizim platformamız barədə məlumatladırır, onların problemlərini həll etmələrinə yardım edir,” deyə AppNexus-dan Lorrein Buhannik söyləyir.

Texnologiya sahəsindəki böyük və kiçik şirkətlərin ortaq cəhəti odur ki, onlar sürətlə böyüyür, ehtiyaclarını qarşılayacaq isə kifayət qədər istedadlı işçi yoxdur.
Tami Forman

“Biz həm partnyolarımızı bu insanların müxtəlif bacarıqları və təcrübələrindən necə faydanlana biləcəkləri barədə məlumatlandırıq, həm də qadınlara özlərini biznesə necə təqdim etməli olduqlarını başa salırıq”, Forman deyir.

Çenq karyera dəyişikliyinin çətin olduğunu desə də, yeni şeylər öyrənib irəliləmək imkanını əldə etdiyi üçün şükr edir.

“Ən əsas amil odur ki, mənim iki qızım var və onlar texnologiyanın sürətlə dəyişdiyi bir dünyada böyüyürlər və mən də, bu dünyanın bir hissəsi olmaq istəyirəm”, o deyir.

Onun üçün isə bu, yavaş-yavaş irəliləmək deməkdir.

XS
SM
MD
LG