Accessibility links

Reuters-in Myanmada həbsdə olan iki jurnalisti azad edilib


Reuters-in Myanmada həbsdə olan iki jurnalisti azad edilib. Onlar prezident Uin Myintin 1000 nəfərin əfvi fərmanı ilə azadlığa buraxılıb.
2017-ci ilin dekabr ayında həbs edilən Va Lon və Kyav Soe Oo ölkənin məxfilik qanunlarını pozmaqda ittiham olunub.
Onlar polis və əsgərlər tərəfindən 10 rohincalı müsəlman kişinin qətlini araşdırırdı.

Va Lon və Kyav Soe Oo-nun həbsdən çıxışını ailələri və həmkarları sevinclə qarşılayıb.

"Biz həqiqətən də çox xoşbəxtik. Çox həyəcanlıyıq. Nə deyəcəyimi bilmirəm" , Va Lon bildirib.

"Mən ailəmi görmək istəyirəm. Bu axşam onlarla bərabər kinoya getməliyəm" , Kyav Soe Oo müxbirlərə deyib.

Onların azadlığı apellyasiya şikayətlərinin təmin edilməməsindən iki həftə sonraya təsadüf edir.

Ali məhkəmənin hakimi Aun Neinq hökmün ittihama uyğun olduğunu demişdi.

Jurnalistlərin hər ikisi Pulitzer mükafatı qazanıb.

XS
SM
MD
LG