Accessibility links

Ekson Mobil şirkətinin prezidenti ABŞ dövlət katibliyinə iddialılardandır


ExxonMobil CEO and chairman Rex W. Tillerson gives a speech at the annual Abu Dhabi International Petroleum Exhibition & Conference in Abu Dhabi, United Arab Emirates, on Monday, Nov. 7, 2016.
ExxonMobil CEO and chairman Rex W. Tillerson gives a speech at the annual Abu Dhabi International Petroleum Exhibition & Conference in Abu Dhabi, United Arab Emirates, on Monday, Nov. 7, 2016.

Ekson Mobil şirkətinin prezidenti və icraçı direktory (CEO) Reks Tillersonun adı ABŞ-ın növbəti prezidenti seçilmiş Donald Trampın dövlət katibliyinə namizədləri arasına daxil olub. Keçid komandasının iki rəsmisi onun adının ən iddialı namizədlər arasında hallandığını bildirir.

Dünyanın ən böyük ictimai şəkildə ticarət aparan şirkətinin icraçı direktoru Tillerson güclü beynəlxalq biznes təcrübəsinə malikdir.

Tillerson Trampın tənqidçisi və 2012-ci ildə Respublikaçıların prezidentliyə namizədi olan Mitt Romni ilə birlikdə ölkənin ən yüksək diplomatik postuna yaxın şəxslərdir. Sabiq Nyu-York meri Rudolf Culianinin adı da dünənədək bu siyahı da olsa da, dünən o, açıqlama verərək hər hansı vəzifə üçün namizədliyi geri götürdüyünü açıqlayıb və özəl sektora geri döndüyünü açıqlayıb.

Dünyanın ən böyük ictimai şəkildə ticarət aparan şirkətinin icraçı direktoru Tillerson güclü beynəlxalq biznes təcrübəsinə malikdir. Buraya xüsusilə onun Rusiya ilə dil tapmaq üstünlüyü də əlavə olunur. Tillersonun Rusiya ilə əməkdaşlığı, xüsusilə Rusiya prezidenti Vladimir Putinlə şəxsi əlaqələri Senat onu təsdiq etməli olan zaman ciddi suallar qaldıra bilər. Rusiyanın ABŞ prezident seçkilərinə müdaxiləsi iddiaları fonunda isə bu daha da qaranlıq məsələyə çevrilə bilər.

Xatırladaq ki, Donald Tramp ən son müdafiə nazirinin adını açıqlayıb. Bir neçə gün öncə Şimali Karolinanın Hayetvil şəhərində yürüşə qatılan Tramp rəsmən Kabinetinin müdafiə nazirinin adını açıqlayaraq həmin şəxsin “Quduz it” ləqəbli təqaüddə olan dəniz qüvvələri generalı Ceyms Mattis olduğunu bir daha təsdiq edib.

​Mattis Amerikanın Yaxın Şərqdə əməliyyatlarını həyata keçirən ABŞ Mərkəzi Komandanlığının komandiri və NATO Müttəfiq Qüvvələrinin baş komandanı olub.

Generalın Əfqanıstan və İraqda düşmən qüvvələrə qarşı amansızlığı həm ona “Quduz it” ləqəbi, həm də ordu sıralarında böyük hörmət qazandırıb.

Mattisin təyinatı təsdiq olunmamışdan əvvəl Konqres müstəsna hal kimi qanuna düzəliş qəbul etməlidir. Hazırki qanunlara görə, müdafiə naziri olmaq üçün hər hansı keçmiş hərbçi səlahiyyətlərinin icrasına başlamamışdan ən azı 7 il əvvəl ordudan təqaüdə çıxmalıdır. Mattis isə cəmi 3 ildir təqaüdə çıxıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG