Accessibility links

Reza Zərrabın işinin siyasi motivli olduğu inkar edilir


İrana sanksiyalarla bağlı məhkəmə işinin “qurama” və “siyasi motivli” olmasına dair iddialar “gülüncdür”. Bunu ABŞ prokuroru Türkiyə rəsmilərinin ittihamlarına cavab olaraq deyib.

“Səmimi desəm, bu, məhkəmə sisteminin necə işləməsinin fundamental yanlış anlaşıldığını göstərir”, prokuror Con H. Kim noyabrın 21-də Nyu-Yorkda keçirilən mətbuat konfransında deyib.

Con H. Kim
Con H. Kim

Söhbət türkiyəli-iranlı biznesmen Reza Zərrabın və Türkiyənin keçmiş yüksəkçinli məmurlarının İrana ABŞ sanksiyalarından yayınmağa kömək etməkdə suçlandığı cinayət işindən gedir.

“Təqsirləndirilənlər ağır cinayətlərdə ittiham olunurlar… Bu iş də ona görə açılıb, bu, yeganə səbəbdir”, Kim deyib.

İrana sanksiyalarla bağlı məhkəmə işinin “qurama” və “siyasi motivli” olmasına dair iddialar gülüncdür

Cinayət işinə nəzarət edən, ABŞ dairə hakimi Riçard M. Berman noyabrın 21-də bildirib ki, Türkiyə təqsirləndirilənlərin ədalətsizliyə məruz qaldığına inanırsa, prokurorları tənqid etməkdənsə, dəlillər ortaya qoymalıdır.

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoglu noyabrın 17-də deyib ki, bu iş “siyasi motivlidir” və Zərraba qarşı 2013-cü ildə Türkiyədə bağlanmış cinayət işindən dəlil “qondarılıb”.

Türkiyə baş nazirinin müavini Bekir Bozdağ da noyabrın 20-də İstanbulda sözügedən cinayət işini “siyasi” adlandırıb. Onun sözlərinə görə, Ankara təqsirləndirilənlərə “girov” kimi baxır, həmin cinayət işini “Türkiyəyə açıq-aşkar qəsd” sayır.

“Aydın məsələdir ki, məqsəd Türkiyənin İran, Rusiya və digər ölkələrlə iqtisadi münasibətlərinə ziyan vurmaqdır”, Bozdağ deyib.

Mevlüt Çavuşoğlu
Mevlüt Çavuşoğlu

Türkiyə ittihamnamədə prezident Rəcəb Tayyip Ərdoğan və nazirlərinin adlarının keçməsindən gileylənib. Ancaq bircə keçmiş iqtisadiyyat nazirinə ittiham verilib.

Bu arada ABŞ mediası Zərrabın ölkə prokurorları, Türkiyə rəsmilərinin də iştirakı ilə çirkli pulyuma işinin genişləndirilməsi yönündə əməkdaşlığa gedə biləcəyini yazıb.

Zərrabın Manhatten dairə məhkəməsində hazırlıq iclaslarına qatılmaması bu spekulyasiyanı gücləndirib.

Onun məhkəməsi üçün jüri seçimi noyabrın 20-də başlamalı idi, ancaq ayın 27-nə ertələnib.


Cinayət işinin Türkiyə hökuməti və ABŞ-Türkiyə münasibətlərinə mümkün təsiri ucbatından maliyyə bazarları onu diqqətlə izləyir.

Jüri seçiminin ertələnməsi qərarından sonra, noyabrın 21-də türk lirəsi ABŞ dollarına qarşı rekord həddə dəyər itirib.

Bank səhmləri də təsirsiz qalmayıb. Belə ki, təqsirləndirilənlərin Ankara və Tehranla işləyərək İrana ABŞ sanksiyalarından yayınmağa kömək göstərdiyi bildirilir. Sanksiyalar Tehrana ticarətdə ABŞ dolları, yaxud ABŞ maliyyə qurumlarından istifadəni yasaqlayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG